/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 131
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AMPER (ID - 1301)

[xüs. is. -dən] fiz. Elektrik cərəyanı gücünün ölçü vahidi. Mütləq amper.

AMPERMETR (ID - 1302)

[xüs. is. amper və yun. metr] fiz. Elektrik cərəyanı şiddətini ölçmək üçün cihaz. Ampermetrin daxili müqaviməti.

AMPİR (ID - 1303)

[fr.] sənət. I Napoleonun imperatorluğu dövründə Fransada meydana gəlmiş bədii üslub (əsasən memarlıqda və tətbiqi incəsənətdə). Klassisizm zəminində yaranmış ampir üslubu.

AMPLİTUDA (ID - 1304)

[lat.] fiz. 1. Rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə. Rəqs amplitudası.
2. Barometrdə və ya termometrdə yüksəkliklər fərqi.

AMPLUA (ID - 1305)

[fr.] 1. Aktyorun xüsusiyyətinə görə ifa etdiyi müəyyən rollar dairəsi. Sənətdə Ərəblinskinin ampluası möhtəşəm qəhrəmanlar rolu idi. S.M.Qənizadə. [Ruhulla] ancaq Ərəblinski ilə tanış olandan sonra öz ampluasını tapa bildi....

AMPUL (ID - 1306)

is. [lat.] tib. İçində dərman maddələri saxlamaq üçün hər tərəfi qapalı şüşə borucuq.

AMYÖB (ID - 1307)

AN (ID - 1308)

is. [ər.] Ən cüzi bir zaman, ləhzə, dəm, bir gözqırpımlıq müddət.
□ Bir an, bir saniyə, bir dəqiqə. Bir an onu gözündən qoymadı. - Bir an səni görməyəndə, yarım; Əfğanı yetirrəm asimanə. Heyran xanım. Gözünü uşaqdan,...

ANA (ID - 1309)

is. 1. Övladı olan qadın. Ana məhəbbəti. Mehriban ana. Bütün qədim şairlər analarının südü ilə yoğrulmuş dildə yazırdılar.
Anasına bax, qızını al. (Məsəl). [Zeynəb:] Eh, Dilrüba, sən özün də ana olacaqsan. M.S.Ordubadi....

ANA-BACI (ID - 1310)

is. dan. Ana və bacı kimi olanlar, bir-birinə çox yaxın olanlar; yaxın dostlar, rəfiqələr.

Bu səhifə dəfə baxılıb

Bağla