/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 128
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AMANSIZCA(SINA) (ID - 1271)

zərf Amansız bir surətdə, rəhm etmədən, yazığı gəlmədən; çox sərt bir surətdə. Amansızcasına mübarizə etmək. Üsyançılara amansızcasına divan tutuldu. Amansızcasına cəza vermək.

AMANSIZLIQ (ID - 1272)

is. Rəhmsizlik, mərhəmətsizlik; barışmazlıq, sərtlik; şiddət. Mübarizənin amansızlığı. - Bütün bunlar, elə bil, düşmənlərin amansızlığını, inad və qətiyyətini daha da artırmışdı. Ə.Əbülhəsən.

AMAN-ZAMAN (ID - 1273)

sif. dan. Tək, var-yox, yalnız, vahid. Aman-zaman bir oğlu var.

AMAZONLAR (ID - 1274)

cəm [yun. xüs. is.-dən] mif. Qədim yunan əsatirində: Qara dəniz sahillərində yaşamış və qonşu ölkələrə basqınlar etmiş cəngavər qadınlar. Qafqaz amazonları barədə əfsanələr məlumdur.

AMBIL (ID - 1275)

is. məh. Xışa qoşulmuş öküzlərin birinci cütü. Qulaməli kəlləri hayqırıb.. ambıl kəlinin yanı ilə addımladı. S.Rəhimov.

AMBIR (ID - 1276)

is. xüs. Dəmirçilərin, nalbəndlərin işlətdiyi iri kəlbətin.

AMBIRAĞIZ (ID - 1277)

is. xüs. Məftil kəsmək üçün kiçik kəlbətin.

AMBİSİYA (ID - 1278)

is. [fr.] Lovğalıq, təkəbbür, təşəxxüs, iddia etmə.

AMBULATORİYA (ID - 1279)

is. [lat.] tib. Xəstəxanadan kənar müalicə müəssisəsi. Ambulatoriya binası. Ambulatoriya müalicəsi.

AMERİKALI, AMERİKAN (ID - 1280)

is. Amerika Birləşmiş Ştatlarının əhalisinə mənsub olan şəxs. Drayzer sadə amerikalıların faciəli taleyini təsvir edirdi.

Bu səhifə dəfə baxılıb

Bağla