/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 127
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AMADƏ (ID - 1261)

zərf [fars.] Hazır, hazırlanmış, müntəzir. Keçən şəb bir məkanda bir nigarisadə gördüm mən; Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. S.Ə.Şirvani.
Ovçu Pirim oğlu Camal xanın çıxmayacağını görüb, evi tamamilə...

Amadə (ID - 1262)

olmaq - hazır olmaq. Verdin keçən il borcuna yorğanını, neylim; Ol indi palaz satmağa amadə, əkinçi! M.Ə.Sabir. [Səlimi:] Mənim fikrim yavaş-yavaş kiçik bir dəstə hazırlamaqdır. Amadə olmaq lazımdır. M.İbrahimov.

AMADƏLİK (ID - 1263)

is. Hazırlıq, hazır vəziyyət, müntəzirlik. Üç-dörd günün müddətində hamı müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərirdilər. M.F.Axundzadə.

AMAL (ID - 1264)

is. [ər. “əməl” söz. cəmi] tənt. Qayə, məqsəd, arzu, ümid, dilək. Mən gedərsəm, var olsun amalım! Yaşasın şəhriyari-hürriyyət! M.Ə.Sabir. And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan...

AMALQAMA (ID - 1265)

[fr. əsli ərəbcədən] kim. Bəzi metalların civə ilə əmələ gətirdiyi ərinti, xəlitə. Amalqama maye yarımmaye və ya bərk halda ola bilər.

AMAN (ID - 1266)

is. [ər.] 1. Əmin-amanlıq, əmniyyət, təhlükəsizlik, qorxusuzluq, dinclik.
Möhlət, macal, imkan.
□ Aman vermək - macal vermək, imkan vermək, vaxt vermək, rahat buraxmaq. [Molla İbrahim Xəlil:] Gümüş xahiş edənlər bir mərtəbədə...

AMANABƏND (ID - 1267)

b a x amanatabənd.

AMANATABƏND (ID - 1268)

zərf 1. Bir şeyi etməyə hazır, bəhanə gözləyən, bir himə bənd, işarəyə bənd.
2. Sınıq-salxaq, davamsız; uçulmaq, dağılmaq, yıxılmaq üzrə olan.

AMANI (ID - 1269)

b a x amanatabənd.

AMANSIZ (ID - 1270)

sif. Rəhmsiz, mərhəmətsiz, rəhm bilməyən, mərhəmət bilməyən; barışmaz. Amansız zərbə. Amansız ölüm. Düşmənlərə qarşı amansız (z.) olmalı! - [Səriyyə] mübarizə etmək, amansız taleyi ilə üz-üzə durmaq iqtidarında...

Bu səhifə dəfə baxılıb

Bağla