/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 124
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALTIMƏRTƏBƏ(Lİ) (ID - 1231)

sif. Hündürlüyü altı mərtəbə olan, altıqatlı. Altımərtəbə(li) ev.
Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov.

ALTINCI (ID - 1232)

sıra s. Sıra ilə beşincidən sonra gələn ədəd. Altıncı sinif. Altıncı sıra. Həftənin altıncı günü (şənbə). - Nəriman ilk cərgədən altıncı adam idi. Qabaqda dayanmağından məmnun idi. Mir Cəlal.

ALTISAATLIQ (ID - 1233)

sif Altı saat sürmüş və ya sürən; altı saat vaxt tələb edən. Altısaatlıq iş günü. Altısaatlıq yol.

ALTITARLALI (ID - 1234)

sif. k.t. Altı ildən bir dövr edən (əkin dəyişmə). Altıtarlalı təsərrüfat. Altıtarlalı əkin.

ALTIÜZLÜ (ID - 1235)

sif. hənd. Altı üzü olan həndəsi cisim.

ALTIYANLI (ID - 1236)

b a x altıüzlü.

ALTIYAŞAR (ID - 1237)

sif Altı yaşında olan. Altıyaşar uşaq.

ALTIYAŞLI (ID - 1238)

sif Yaşı altı olan. Altıyaşlı Ədalət də iş görür, kömək edirdi. Mir Cəlal.

ALTLIQ (ID - 1239)

is. 1. Bir şeyi saxlamaq üçün onun altına qoyulan şey, dayaq və s. Dibçək altlığı.
Bünövrə, əsas, dayaq, bir şeyin aşağı hissəsi, altı. Heykəlin altlığı. Abidənin altlığı mərmərdəndir.
Ayaqqabının altına vurulan...

ALTMIŞ (ID - 1240)

miqd. s. Altı onluq; əlli doqquzdan sonra gələn ədəd - 60. Əllisində əlif qəddin bükülər; Altmışında ön dişlərin tökülər.. “Koroğlu”. Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil. M.Ə.Sabir.

Bu səhifə dəfə baxılıb

Bağla