/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 115
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALLAF (ID - 1141)

is. [ər.] köhn. Taxıl, un, yaxud yem, ot və s. alverçisi. Allaf dükanı.

ALLAFBAZAR (ID - 1142)

is. [ər. əllaf və fars. bazar] köhn. Keçmişdə: allaf dükanları olan bazar, ya küçə.

ALLAFLIQ (ID - 1143)

is. köhn. Allaf peşəsi.

ALLAH (ID - 1144)

is. [ər.] 1. Bütün kainatın yeganə yaradıcısı və idarə edəni; Yaradan, Tanrı, Rəbb. Lap qabaqlar Allahdan başqa heç kim yox imiş.. (Əsatir). Allahın qəzəbi tutur, Adəmlə Həvvanı cənnətdən qovur.. (Əfsanə). Qorqmazam bu dünyada...

ALLAHAXTARAN (ID - 1145)

b a x allahaxtarıcı.

ALLAHAXTARICI (ID - 1146)

is. tar. Allahaxtarıcılıq tərəfdarı.

ALLAHAXTARICILIQ (ID - 1147)

is. tar. 1905-ci il inqilabından sonra rus liberal ziyalıları arasında yayılmış dini-fəlsəfi cərəyan. Allahaxtarıcılığın nümayəndələri.

ALLAHARAYICI (ID - 1148)

b a x allahaxtarıcı.

ALLAHARAYICILIQ (ID - 1149)

b a x allahaxtarıcılıq.

ALLAHQURUCU (ID - 1150)

is. tar. Allahquruculuq tərəfdarı. Allahqurucuların məqsədi.

Bu səhifə dəfə baxılıb

Bağla