Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İmtahana gələrkən mütləq gətirilməli sənədlərin siyahısı açıqlanıb (TQDK)

İmtahana gələrkən mütləq gətirilməli sənədlərin siyahısı açıqlanıb (TQDK)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 2-də qəbul və buraxılış imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, müraciətdə şagird və abituriyentlərin imtahana gələrkən mütləq gətirməli olduqları sənədlər açıqlanıb:

1) “İmtahana buraxılış vərəqəsi”; 
2) şəxsiyyəti təsdiq edən sənədin əslini;
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, şagird və abituriyentlər imtahana buraxılmayacaq.

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 653 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__10580041 (Əlavə edilib: 01.07.2015 16:43:50)
kecid bali neqederdi

Öz şərhinizi yazın

Bağla
.....