Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

TQDK-nın növbəti imtahanı nə vaxtdlr?

TQDK-nın növbəti imtahanı nə vaxtdlr?

Komissiyadan Trend-ə verilən məlumata görə, həmin gün ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək. Bu iki imtahanda iştirak etmək üçün 16 150 abituriyent müraciət edib.

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydada attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanında 1142 nəfər IX sinif şagirdinin, 3510 XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanında iştirak etmək üçün 12 941 abituriyent qeydiyyatdan keçib.

Qeyd olunan imtahanlar bütövlükdə respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq və bütün binalarda eyni vaxtda - saat 10:00-da başlayacaq.

İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 531 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__11208980 (Əlavə edilib: 04.07.2015 01:48:04)
Kecid bali nexedir
Müəllif:Qonaq__10812036 (Əlavə edilib: 01.07.2015 11:19:34)
keçid balı neçədir

Öz şərhinizi yazın

Bağla
.....