Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Yeni test formaları!?

Yeni test formaları!?

2011-ci ildə keçirilmiş bütün ixtisas qrupları üzrə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki və statistik təhlili aparılmış və bunun əsasında 2012-сi il qəbul imtahanları üçün yeni test modelləri hazırlanmışdır. Yeni test modellərində daha çox məntiqi düşüncəyə və nəzəri biliklərin tətbiqinə əsaslanan, hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, səbəb və nəticə əlaqələri əsasında qurulmuş ümumiləşmə və izahat tipli tapşırıqlara üstünlük verilmişdir. Qeyd edək ki, fənlər üzrə qəbul proqramları və yeni test modelləri artıq "Abituriyent" jurnalının 1-ci sayında dərc olunmuşdur.
2011-ci ildə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələr hazırlanmış və "Abituriyent" jurnalının 2-ci sayında dərc olunması nəzərdə tutulur. Bundan əlavə, seminarlarda TQDK-da siniflər üzrə orta məktəb dərsliklərinə, tədris proqramlarına tam uyğun olaraq hazırlanmış test topluları və vəsaitlər də təkmilləşdirilmişdir.

Mənbə: http://tqdk.gov.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2514 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....