Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Şagirdlər ana dilini bilirmi? (statistika)

Şagirdlər ana dilini bilirmi? (statistika)

Bu ilin buraxılış imtahanları elə də ürəkaçan olmayıb. Belə ki, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Belə görünür şagirdlərimiz ana dilini bilmir.

Sual yaranır ki, testlərmi çətindi , yoxsa şagirdlər ana dilini bilmirmi?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ATV.az-a verilən məlumata görə, həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin cəmi 44.15%-i,  riyaziyyat fənni üzrə isə  42.02 %-i “4” və “5” qiyməti alıb. 

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin nəticələri də eyni vəziyyətdədirş belə ki, buraxılış sinifləri, 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 54.32%-i,  riyaziyyat fənni üzrə isə  64.62 %-i “4” və “5” qiyməti alıblar. 

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 54.44%-i,  riyaziyyat fənni üzrə isə  55.84 %-i “4” və “5” qiyməti alıblar. 

Rus bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i,  riyaziyyat fənni üzrə isə  72.68 %-i “4” və “5” qiyməti alıblar.

Bu il rus bölməsi üzrə buraxılış imtahanlarında cəmi 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.   Azərbaycan bölməsi üzrə isə 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.

Natavan ÇAVUŞ

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 602 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Albert_Einstein_1 (Əlavə edilib: 27.06.2015 16:21:38)
İnşallah daha yaxşı olar.
Müəllif:Qonaq__11292791 (Əlavə edilib: 11.06.2015 08:53:06)
\"Ana dilinin qrammatikasını bilmir\" fikri daha dəqiq və yerində işləniləsi fikirdir.Dünyalarca tanınmış müğənni Müslüm Maqomayev nəğmə dərsindən \"2\", \"3\" qiymət alırdı. Uşaqların sevimli yazıçısı Abdulla Şaiq fars dilində təhsil almışdı.Müəllim olmaq üçün isə rus dilindən imtahan vermişdi, amma yazdığı əsərlər dil, rabitəli nitq, ifadə, obrazlılıq, təsvir baxımından mükəmməldir. \"Köç\" əsərini oxuyun.Onun bütün əsərləri Ana dilimizin bütün qayda-qanunlarını özündə ehtiva edir!Təəssüflər olsun ki. orta məktəb dərsliklərində onun əsərlərinə yer verilmir. Bu gün də ədəbiyyatımızda elə yazarlar var ki, Ana dilinin qrammatikası imtahanından \"3\",\"4\" qiymət almışlar. Bunu paylaşmaqla mən heç də \"2\" qiymət alanlara haqq qazandırmaq niyyətində deyiləm!Sinifdə olan 30 nəfər şagirddən 15-20 nəfəri \"2\" və \"3\" qiymət alır.Ən yaxşı halda bu şagirdlərin sayı bu qədər olmamalıdır.Nədən? Problem dərslik və proqramdadırmı, müəllimin fəaliyyətindədirmi,məktəbi idarəedənlərdədirmi,Sinifdə şagirdlərin sıxlığındadırmı, yoxsa şagirddədirmi?! Əlbəttə, bunun kökü var. Amma nədənsə heç kim köklə maraqlanmır, hamı budaqlardan yapışır. Səbəbi üzə çıxartmaq üçün kökü \"qazımaq\". kökə \"baxmaq\"lazımdır.Təhsil Nazirliyinin tabeliyində bir tədqiqat institutu var, nə işlə məşğul olur, məlum deyil.Bu 20 ildə ictimaiyyəti narahat edən bu məsələlərə elmi cəhətdən əsaslandırılmış cavab verilməli idi.Bunu etmək indi də gec deyil,
Müəllif:HEBILOVA_Qonce (Əlavə edilib: 08.06.2015 22:25:33)
ayin 11-i de bizim imtahandir butun 9lara ve 11lere ugurlar
Müəllif:MAGNİFİCENT (Əlavə edilib: 08.06.2015 14:04:24)
Bu imtahanlar 2014-2015 tədris illəri üçün nəzərdə tutulub?
Müəllif:Qonaq__10772871 (Əlavə edilib: 07.06.2015 19:08:27)
İmtahanlari mektebden ayirmaqla duzm etdiniz,

Öz şərhinizi yazın

Bağla
.....