?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

65 yaşa çatan müəllimlər bunu bilməlidir

65 yaşa çatan müəllimlər bunu bilməlidir
.jpg" alt="65 yaşa çatan müəllimlər bunu bilməlidir - 1" width="554" height="304" />

Azərbaycanda yaşı 65 yaşdan yuxarı olan müəllimlərin sayı açıqlanıb. Təhsil nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib ki, ölkədə 160 mindən çox müəllim var və onların 2 faizinin yaşı 65-dən yuxarıdır. Onun sözlərinə görə, 65 yaşa çatan müəllimlər 5 ildən çox olmayaraq, məktəbdə işləyə bilərlər. 65-70 yaş arası müəllimlər təhsil müəssisəsinin müdirinin razılığı ilə, 70-dən yuxarı isə Nazirlər Kabinetinin qərarında xüsusi normativ meyarlar əsasında təhsil müəssisəsində çalışırlar: “Qanunvericilik çərçivəsində yaşı 65-dən yuxarı olan işçilərin sayı istənilən müəssisədə gərək 2 faizi aşmasın. Ancaq işçilərin sayı 100 nəfərdən aşağı olan müəssisələrdə 2 nəfərə kimi icazə verilir. Azərbaycanda 160 min müəllimin yalnız 2 faizinin yaşı 65-dən yuxarıdır. Mütləq deyil ki, bütün məktəblərdə say faiz olsun. Ola bilər ki, hansısa məktəbdə yaşı 65-dən yuxarı olan müəllim yoxdur. Təhsil sahəsi üzrə də 2 faiz rəqəmi ümumi məktəblər üzrə dəyişir”.

Mənbə: http://palitranews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 6673 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__43864067 - 14.10.2018
Qaynanmin 65yasi 2019 fevral ayinda tamam olur baxcada terbiyeci iwdeye bilermi
Qonaq__42327848 - 27.08.2018
oktyabrin 26 da 65 yaşim tamam olur.yeni tədris ilində işə cixmaliyam?Deyirlər tarifikasiyadan kecməyəcəm Bu belədi?
Qonaq__35645141 - 09.03.2018
65 yaş senzi Kollec müəllimlərinə də şamil edilirmi
Qonaq__35645141 - 20.02.2018
Müəllimə yaşına görə deyil biliyinə görə işdən azad etmək lazımdır. GƏNC MÜƏLLİMLƏRİN ƏLLƏRİNDƏN TELEFON KƏNARA QOYULMUR. ONLAR HƏM TELEFONLA MƏŞĞUL OL UR HƏM DƏ ŞAGİRD VƏ YA TƏLƏBƏLƏRLƏ MÜXTƏLİF YAZIŞMALARLA MƏŞĞUL OLURLAR. DƏRS KECMƏK YADA DÜŞMÜR. ƏLBƏTTƏ İSTİSNALAR VAR. yAŞLI MÜƏLLİMLƏRİN ƏKSƏRİYYƏTİ ƏSL MÜƏLLİM KİMİ FƏALİYYƏT GÖSTƏRİR.sAVADLI MÜƏLLİMLƏRİN İŞLƏMƏSİ MƏQSƏDƏUYĞUNDUR.
Qonaq__30967593 - 02.12.2017
muellimlerin yas heddi legv oldumu.Orta mekteblerin muellimleri 65 yasdan sonra isleyeceklermi
- 19.11.2017
65 nedir 75yasli muellimler bele isleyir
- 16.10.2017
Qaynanam kimya muellimesidir.emekdar muellimdir.yaşı 69 du.o mektebde işleye biler.zehmet olmasa aydinliq getirersiz
.
Qonaq__31661785 - 11.10.2017
muellimleri 55yasinda gonderin teqaude genc muellimlere yer olsun
Qonaq__30842025 - 28.09.2017
Serhleri oxudum genc muellimlerin yasli muellimler haqqinda dusunceleri meni hem teeccublendirdi hem de bundan narahatliq hissleri kecirdim.Resul Hemzatovun 'Elvida Gulsari' eserinde bele bir epiqraf var;'Kecmise' tapancadan ates acsan 'gelecek'seni topa tutar.Men bubgunku gencliyi tenqid etmek istemirem cunku onar bizim geleceyimizdir.Ancaq naqis dusunce ile,bedxah hisslerle,basqalarinin taleyine iaqeyd munasibetle geleceyin agir yukunu ciyinlerinde dasiya bilmezler.Menim esas iradim yasli muellimlerin isden kenarlasdirilmasi fikrini gundeme getiren ve onun tetbiqine musbet rey beren Dovleti idare ednleredir.Hamiya melumdur ki,insan yasa dolduqca mudkiklesir,cox boyuk tecrubeye malik olur,mesuliyyet hiss edir, hadiselerden daha duzgun netice cixarir.etik normalara ve davranis qaydalarina daha yaxsi riayet edirler.Mektebde yasli muellimlerin olmasi mence mektebin sanbalini artirar ve telimle yanasi terbiyede de yuksek nailiyyet elde olunar.Muellimin vezifesi hem oyrenmek,hem de oyretmekdir ona gore de yeni telim metodlarini yasli muellimler de oyrene biler.Hem de ki, Dioqnostik qiymetlendirme muellimin savadini mueyyen edir.Duzdur yasli nesil oz yerini bacariqli genc nesle vermelidir.Lakin kadr catismazligi zamani muellimin yasina deyil onun bilik ve bacarigina baxilsaydi yaxsi olardi.Mes;Ixtisasli kadr olmadiqda ayri -ayri frnnleri qeyri ixtisas muellimine nece vermek olar?Verilirse bu sagird ve valideyin huquqlarinin pozulmasi demek deyildirmi?
Qonaq__28614363 - 17.06.2017
Hami nə vaxtsa yaşlanacaq.Sözlərinizə diqqət edin. Sizə o muəllimlər dərs deyiblər. Hal hazirda yaşi 65 tamam olan muəllimlər cavanlardan daha yaxşi işləyirlər.
Qonaq__25306119 - 04.03.2017
65 yaşım var 2017-2018 tədris ilində işləyəcəm .Yoxsa işdən azad olunacam?
Qonaq__25255633 - 02.03.2017
Məktəbimizdə ibtidai sinif müəlliminin 65yaşı var.Digər ibtidai sinif müəllimi isə yığma saatla təmin edilib . Bu qanunidirmi?
Qonaq__18609922 - 23.06.2016
Fikrimcə, hansı sahədə olursa, olsun iş qabiliyyəti olmayan şəxsi tutduğu vəzifədən azad etmək lazımdır.Bu məsələdə yaş rol oynamamalıdır.Yoxsa, pedaqoji səriştəli,intellekt səviyyəli, iş qabiliyyəti yüksək səviyyədə olan yaşı 65-i ötmüş müəllimlərin işdən kənarlaşdırılmasını anlaya bilmirəm.Qarşıya qoyulan vəzifənin necə, hansı səviyyədə yerinə yetirilməsi kadrın yaşından asılı deyil.Nəhayət ki, bunu başa düşmək lazımdır.
Qonaq__15437197 - 28.12.2015
NECƏ DÜŞÜNÜRSÜNÜZ...PENSİYAÇI - HƏM PENSİYA,HƏM DƏ MƏKTƏBDƏN MAAŞ ALSIN...BƏS CAVANLAR NEYLƏSİN???VALLAH AYIBDIR...
Qonaq__13834844 - 18.10.2015
Nə yaxşıki,bu qərar qüvvəyə mindi.Ümumiyyətlə savadsız müəllim ola bilməz.HƏr müəllimin öz bilik bazası var,indi elə şeylər pragramlar çıxıb ki,yaşlı müəllimin bunu öyrənib tətbiq etməsi onlara çox çətindir.Düzdü yaşlı müəllimlərdən öyrənəcəyimiz çox şey var,amma egər o yaşlı müəllimin yaşı altmış beşi keçibsə və o dərsdə mürgüləyirsə ,yaxşı olar ki,cavanlar işləsin.Təcrübə artdıqca səviyyə də yüksələcək.
Qonaq__9815197 - 15.06.2015
Bizdə hansı haqq-ədalətdən danışmaq olar. TH-yi müəllimlərin sınaq qiymətləndirilməsi imtahanı keçirdi. Əgər imtahanların nəticəsi nəzərə alınmırsa, bu imtahan kimə lazşmdır. Nə üçün keçirilir. Müəllim üçün əsas baza onun bilik səviyyəsi götürülməlidir. İxtisasını yüksək səviyyədə bilməyən müəllimin yaşından asılı olmadan məktəbdə işləməsi yol verilməzdir. Müəllimləri dünya ölkələrində yaşlarına görə yox, psixoloji durumları-na və fiziki sağlamlıqlarına görə təqaüdə (pensiya) çıxarırlar.10-12 ildən artıq müəllim işləmək istəyən-lər xüsusi psixoloji testlərdən keçməlidirlər. Bizim respublikada belə işlər olacaqmı, yoxsa yaşın tamam oldu yerini ver savadsızın birinə.
Qonaq__7919534 - 30.05.2015
pis baxıram
Qonaq__11019757 - 27.05.2015
Savadlı yaşlı müəllimləri çıxardıb yerinə savadsız gənc müəllimləri vermək haqsızlıqdır. Müəllimi yaşına görə yox savadsızliğına görə işdən çixartmaq lazımdır.
MAGNİFİCENT - 24.05.2015
Bizim məktəbdə də belə müəllimlər var.
Qonaq__10908173 - 22.05.2015
Biz cavanlara ders saatlari catmir axi?! Bizlerde 65 yasa catanda mekteble vidalasacagiq ona gore de hec istemirem ne yasim 65 e catsin nede bu yasa catanlar isden cixsin. Amma neyleyek ders saatlari azliq edir. 8 saata mecbur qalib isleyirik ki qoy bari adimiz mektebdn cixmasin ne qeder maas aldigimizida bir fikirlesin
Qonaq__9736569 - 22.05.2015
yawlilar gedir yerine ise tezeler gelir
Qonaq__10890234 - 21.05.2015
İmtahansuallari
Qonaq__10822496 - 18.05.2015
Mence hele 60 etseler lap yaxsi olar.bes genclerede imkan verinde.Onsuzda sizin dereceniz coxdur,maasiniz normaldir.mencede cixmalidir.hem pensiya alirlar,hemde maaş,hele üstelikde ders üstünde dava edirler,gencleride beyenmirler.
Qonaq__10812942 - 18.05.2015
Müəllimin yaşına yox,səhhətinə,savadına,şagirdlərlə işləmə qabiliyyətinə,peşəsinə olan həvəsinə, müəllimliyin təlabatlarını yerinə yetirib-yetirmədiyinə,valideyinlərin o müəllimin hələ də onların övladlarına müəllimlik etməsini istəyib-istəmədiklərinə, onun fəaliyyətinin nəticəsinə(əsasən də son illərin nəticələrinə)fikir verilməlidir.Yoxsa, hansisa bir gəncin(bu fikir bütün gənclərə aid deyil) birtəhər,sürünə-sürünə, pul hesabına gedib diplom alıb,ancaq bekar qalmamaq,maaş almaq üçün, özünü hansısa bir savadlı, püxtələşmiş bir yaşlı müəllimin işdən çıxarılması hesabına gələcək nəslin mənəviyyatını korlamaq istəməsinə göz yummaq və ya buna şərait yaratmaq böyük günahdır.
informatika_yaycılı - 17.05.2015
Mən Abdinov Kazım Hüseyn oölu Culfa rayon Yaycı kənd 1sayl tam orta məktəbində 1971-ci ildən indiyə qədər riyaziyyat müəllimi işləyirəm. 65 yaşım tamam olub.İşlədiyim müddətdə 300-dən çox şagirdim ali məktəbə qəbul olunub. şagird.az -a 6000 -dən çox test göndərmişəm. 150-dən çox dərs videolarımı you tube-yə yerləşdirmişəm.Daim internetdə çıxışlar edirəm. İnternet vasidəsilə gənc müəllimlərə və şagirdlərə riyaziyyatdan kömək edirəm. Bu ilki şagirdlərimdən 10-a yaxın testlərdə 20-dən çox suala düzgün cavablar yazmışlar....2009-cu ildə \"TƏRƏQQİ\" medalına layiq görülmüşəm.
Qonaq__10799044 - 17.05.2015
əgər müəllimin işləmək həvəsi və enerjisi tükənməyibsə,sağlamlığı imkan verirsə, onu işdən azad etmək düz deyil.
Qonaq__10765638 - 17.05.2015
yox qoca muellimler yaxsi ders kecir
gunre_q - 17.05.2015
yaşı 65-i ötmüş direktorları azad etmək lazımdır ki gedib dincəlsinlər,\"çox işləyiblər\".Müəllimləri çıxarmaq çox asandir,hünəriniz var direktorları və təhsil söbələrində işləyənləri çıxarın. Onları bəyəm əvəz edə bilən yozdur?!Mən əminəm ki,o qalan 2 faizin böyük əksəriyyəti həmin vəzifələrdə olanlardır.Müəllimlərin günü tamam olan kimi işdən azad edirlər amma direktorların vaxtını uzadırlar. Görəsən hansı ideal iş qabiliyyətlərinə görə? Deməli sıravi müəllimlər üçün qanun başqadır, direktorlar üçün başqa.Qoy nazirliyimiz onu açıqlasın gorək nə qədər yaşı 65-i keçmiş məktəb direktoru və təhsil şöbələrinin vəzifəli işçisi var və onlar hansı\"fövqaladə\" qabiliyyətlərinə görə həmin vəzifələrdə işləməkdə davam edirlər.
Qonaq__10620649 - 16.05.2015
Mənə bilirsiniz nə maraqlıdır?65 yaş məsələsi ən çox müəllimlərə və tibb sahəsində işləyənlərə şamil edilir.Bu qanun ,görəsən,nə səbəbə hamıya-bütün müəssisələrdə çalışan insanlara şamil edilmir.Vəzifədə olan hər hansı bir insanı 65 yaşı olması ilə əlaqədar işdən çıxardan olub,görəsən?Qanun hamı üçün keçərli olsa,bu taüd yaşını almış vətəndaşlarımız da rahat şəkildə işdən çıxarlar.Yoxsa əlləri əsə-əsə yenidən məktəblərdə işləmək üçün ərizəni-ərizəyə calamaq həvəsinə düşməzlər....
Qonaq__10785204 - 16.05.2015
ixtisasda sixliq olarsa nece?bu zamanda icaze varmi?
Qonaq__10784510 - 16.05.2015
salam . menim bacimin mayin 28 de 65 yaşi tamam olur. deyibler ki ayin 27 - den işə gəlməyin artiq vaxtiniz qurtarıb . Baki Dövlet Universitetini bitirib . ailede yegane maaş alan budur . Həyat yoldaşı rehmete gedib.
Qonaq__10781177 - 16.05.2015
65yaş muellim gedib dincelsin,bizlerede yol acilsin.
Qonaq__10777180 - 16.05.2015
Məktəbimizdə 3(üç) riyaziyyat,2(iki) riyaziyyat-informatika ixtisaslı müəllim var.Mətəbdə cəmi 31(otuz bir) saat riyaziyyat, 11(on bir) saat informatika.Riyaziyyat müəllimlərindən birinin artıq bir ildir 65(altımış beş) yaşı tamamdır.Məktəb rəhbərliyinin həmin müəllimi qeyri-qanuni işdə saxlamasına necə baxırsınız?!

Öz şərhinizi yazın

Bağla
.....