Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Tələbələr təqaüd deyil, maaş veriləcək

Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil alan bəzi tələbələr təqaüd deyil, maaş veriləcək.
ATV.az-a Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bu ildən ilk dəfə olaraq AMEA sisteminə daxil olan institut və elmi müəssisələrə magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq. Həmin tələbələr AMEA-da təhsil aldıqları müddətdə elmi işçi kimi fəaliyyət göstərəcəklər.
AMEA-da magistraturada təhsil alan tələbələr Təhsil Nazirliyi sisteminə daxil olan tələbələrdən fərqli olaraq, təqaüd deyil, elmi işçi kimi təqaüddən daha yüksək məbləğdə olan əməkhaqqı alacaqlar. Bununla yanaşı, onların təhsil müddətlərini başa vurduqdan sonra institutlarda elmi işçi kimi fəaliyyətlərini davam etdirməsinə imkan yaradılacaq: “Bununla da onlar həm magistraturada təhsil alacaq, həm də işlə təmin ediləcəklər”.

Qeyd edək ki, bu ildən AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1594 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__10635402 (Əlavə edilib: 11.05.2015 19:18:45)
tebrikkkk
Müəllif:Qonaq__10619250 (Əlavə edilib: 09.05.2015 20:56:01)
hec xosuma gelmedi
Müəllif: (Əlavə edilib: 08.05.2015 14:49:02)
Məndə tələbələri təbrik edirem
Müəllif:Qonaq__10492888 (Əlavə edilib: 03.05.2015 22:07:47)
telebeleri tebrik edirem cox gozel fikirdi
Müəllif:swsq (Əlavə edilib: 03.05.2015 17:14:15)
telebelerin urakdan tebrik edirem
Müəllif:Albert_Einstein_1 (Əlavə edilib: 27.04.2015 15:31:53)
Tələbələri təbrik edirəm:)

Öz şərhinizi yazın

Bağla
.....