?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İndi hamı tələbə olacaq

İndi hamı tələbə olacaq - 1
Yaxın illər ərzindəölkədə ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlər ləğv olunacaq.

Axar.azxəbər verir ki, ali təhsil müəssisələrinin Boloniya sisteminə keçidilə əlaqədar bu sistemin yaxın vaxtlarda tətbiq edilməsi gözləniləndir.
Belə ki, Qərb universitetlərində olduğu kimi, abituriyentlər orta məktəbi bitirdikdən sonra ali təhsil ocaqlarına sənədlərini təqdim edərək təhsilini davam etdirə biləcək.
Burada əsas məqam təhsil haqqının keyfiyyətə uyğun olaraq qaldırılması və xarici ölkələrlə tələbə mübadiləsidir.
Artıq Təhsil Nazirliyi ölkədə ali və orta ixtisas təhsili müəssisələri üçün ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlərin ləğv olunacağını açıqlayıb.
“Trend”in məlumatına görə, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında prosesin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində reallaşacağını bildirib:
“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi nəzərdə tutulur. Ancaq bu, təhsilə görə ödəniş haqlarının ləğvi demək deyil. Burada ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq və təhsil haqqı əvvəlki kimi olacaq".
Y.Piriyev qeyd edib ki, orta və ali təhsil müəssisələrinin tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə şərait yaradılacaq:
“Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə, qəbul planının ləğvindən gedir".

Mənbə: http://www.bolge.info

Dostlarınızla paylaşın!

Bu səhifə 4910 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__10544030 - 05.05.2015
menim qızımı bütün müəllimlər tərifləyir, amma sınaqda oqeder həyəcan keçirir ki, az bal toplayır
swsq - 03.05.2015
men telebe olmaq olmaq isdiyerdim
Qonaq__10415364 - 30.04.2015
Yaxsi fikirdi menim xosuma geldi
Qonaq__9983421 - 14.04.2015
Tewekkurler inwAllah Allah bize komek olsun
Qonaq__9950651 - 13.04.2015
super olardi tebii ki ama bu yerine yetirimeyecek eminem
hingile - 11.04.2015
men litseye hazirlasiram sabah qebul imtahanmdi mene ugurlar arzuyin eziz azeri xalqi ve mehriban dstlarim opurem haminizi
Qonaq__9553838 - 10.04.2015
teşəkkürlər əla xəbərdi
yira - 06.04.2015
tesekkür ela xeberdi
Qonaq__9714589 - 04.04.2015
Mence bu sistem cox pisdi..hami oxuyacaq iwde yox..nece olacaq bu..?
yira - 03.04.2015
2ci qrupda dünya igtisadiyyatin balli negederdir?
yira - 03.04.2015
2ci qrupda neçe balldan sonra pulsuz tehsildir?
Qonaq__5349466 - 28.03.2015
Elaaaaaaaa
Qonaq__9447551 - 25.03.2015
elsaaaaaaa
coxbilmisdahi - 24.03.2015
bu çox yaxşıdır məncə
Qonaq__9367014 - 23.03.2015
eziz valideynler ve shagirdler, ingilis dili uzre zemanetli abituriyent hazirlasdiran muellime var. Ingilterede ve Almaniyada tehsil alib.eger sizin ovladlariniz ingilis dili uzre hazirliga gedir amma az netice gosterirlerse hemin pedaqoqun hazirligina gonderin. imtahana 3 ay qalib 3 ay erzinde gostericilerin 12- 13 duzgun cavabdan 20ye qalxacagina zemaner verir, eger imtahanda muellimin sehvi uzunden netice pis olsa verdiyiniz pulu geri qaytarir. menim ovladim kecen il cemi 3 ay getdi yanina 18 duz yazdi.nomresi 051 291 22 82
Qonaq__9364198 - 23.03.2015
mence coxlu toplamaq ucun heyacanlanmaq lazim deyil.Ancaq ne etmek olar .Test qabagina gelen kimi ister-istemez heyacanlanirsan.
Qonaq__8996357 - 18.03.2015
lap yaxsi olar
prensesss - 10.03.2015
cooox gozeldii
Qonaq__8542866 - 06.03.2015
goren ballar nece olacaq
Qonaq__8451694 - 05.03.2015
Cox bəyəndim.Ele uşaqlar var ki,məsələn qizlar xarakter baxımından imtahanda heyecanlanır yaza bilmir.Menim qızım kursda oxuyur 420 bal yıgır müəllimlərdə razılıq edir.Amma qebulda pis veziyyete düşür bal da enir 200-ə.sevdiyi fənn Az.dili və ədəbiyyatdır.Men bilirem və göruremki o həmin fənni nece seve-seve öyrenir.Pullu olsun.Amma qızlarımız tehsilsiz olmasın.SUMQAYIT
Qonaq__6746282 - 01.03.2015
super
Qonaq__8401950 - 01.03.2015
cox yaxwi oldu, ama bu xeber 214 de cixsaydi yaxsi olardi cunki nece ballarnan colde qalan uwaqlarda oldu
behlul_nureliyev - 01.03.2015
bes odenis legv olunduqdan sonra qruplardaki ballara tesir gosterecek?
Qonaq__8401111 - 01.03.2015
pis fikir deyil
Qonaq__8259329 - 25.02.2015
her kes tehsil alar amma is yerlerinin imtahanla olmasi cox eladir ki savadi olmayan is tapa bilmez buna gorede
bos yere oxumaq oz ehmiyetini itirecek.bu elzdir.
Qonaq__8205237 - 23.02.2015
superrrrrr
kazimli999 - 22.02.2015
yaxşı, hamı oxudu . bəs işi necə tapacaqlar, görəsən bunu fikirləşən var?
Qonaq__8150902 - 21.02.2015
coxyaxwi 2019 olsa ne olardi??
Qonaq__8132863 - 20.02.2015
bular hamsi bo$ $eylerdi,,yene de 100qerar çxacaq ortaya
Qonaq__5687158 - 13.02.2015
cox yaxsi
Qonaq__7968053 - 13.02.2015
Odenisli tehsil legv olunacaq?
Qonaq__7941282 - 12.02.2015
Pul ilə qəbul sayını azaldsaz yaxşı olardı
Qonaq__7910843 - 11.02.2015
e tay indi odeniwsiz tehsil tetbiq olmayacaq?
Qonaq__7890149 - 11.02.2015
Xirdalan
ATLANTRIK - 09.02.2015
olsa çox yaxşı olar super teşekür tehsil nazirliyine
Qonaq__7315469 - 01.02.2015
yene menden kecir??? bu sistem 2015-den olsa idi ne olardi???
Qonaq__7491189 - 30.01.2015
çox ətraflı izah verildiyinə görə sayta təşəkkür edirəm
Qonaq__7409765 - 28.01.2015
yeni mektebi bitirdikden sonra pul oduyub imtahansiz ali mektebde oxuya bilerik

Öz şərhinizi yazın

Bağla
.....