Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

2016-cı ildən ödənişli ali təhsil olmayacaq

2016-cı ildən ödənişli ali təhsil olmayacaq

Azərbaycanda təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində atılacaq addımlar müəyyənləşib.
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən Nazirlər Kabineti 2015-2016-ci illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə 2016-cı ildən başlayaraq, mütəmadi ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmini tətbiq etməlidir. Eyni zamanda Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasını, Nazirlər Kabineti və Təhsil Nazirliyi 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin etməlidir. (apa.az)

Mənbə: http://bizimyol.info

Dostlarınızla paylaşın!

Bu səhifə 2296 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13589373 (Əlavə edilib: 01.02.2016 15:34:59)
her halda ballar qalxacaq
Müəllif:Qonaq__8183062 (Əlavə edilib: 26.05.2015 17:15:22)
elaa amma fakultelerin ballari da qalxacaq yeqin
Müəllif:Qonaq__8415442 (Əlavə edilib: 11.05.2015 17:47:35)
mence tehsilde edilen en gozel deyisiklikdir
Müəllif:Qonaq__7014388 (Əlavə edilib: 28.04.2015 22:36:45)
deyerler,amma elemezler.
Müəllif:Qonaq__10347749 (Əlavə edilib: 27.04.2015 17:00:26)
esl mocuze olar
Müəllif:Qonaq__9929977 (Əlavə edilib: 23.04.2015 19:59:46)
Biz çatana qurtarar bu leğv
Müəllif:Qonaq__8805456 (Əlavə edilib: 15.03.2015 15:07:35)
Yaxwi olardi
Müəllif:Qonaq__8309170 (Əlavə edilib: 26.02.2015 20:05:50)
ela olarrr
Müəllif:Qonaq__8309170 (Əlavə edilib: 26.02.2015 20:05:26)
yaxsi olar
Müəllif:Qonaq__8272821 (Əlavə edilib: 25.02.2015 21:17:36)
leqv olunsa yaxsi olar
Müəllif:Qonaq__8267197 (Əlavə edilib: 25.02.2015 17:40:45)
ela olar amma inanmagim gelmir
Müəllif:Qonaq__8193176 (Əlavə edilib: 23.02.2015 01:01:53)
ele olsa yaxsidir amma inanmiram
Müəllif:13091950ramiz (Əlavə edilib: 11.02.2015 20:39:24)
Axıra kimi olsa pis olmaz.
Müəllif:Qonaq__4270264 (Əlavə edilib: 27.01.2015 23:12:17)
cox yaxsi olar
Müəllif:Qonaq__7326940 (Əlavə edilib: 26.01.2015 01:53:38)
Yaşayarıq görərik...
Müəllif:Qonaq__7310049 (Əlavə edilib: 25.01.2015 21:57:44)
ela olar
Müəllif:Qonaq__7299541 (Əlavə edilib: 25.01.2015 10:07:13)
Inanmıram
Müəllif:Nubarcik (Əlavə edilib: 23.01.2015 17:47:45)
her gün bir qerar verilir
Müəllif:Qonaq__7143223 (Əlavə edilib: 20.01.2015 20:51:37)
Bayanilsin.
Müəllif:Qonaq__6594988 (Əlavə edilib: 20.01.2015 19:07:39)
COX YAXŞl OLAR.TƏHSİL MÜƏSSİSƏLƏRƏ MUXTARİYYƏTİN VERİLMƏSİ ƏSL DÖNÜŞƏ SƏBƏB OLAR!

Öz şərhinizi yazın

Bağla
.....