?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Azərbaycanda yeni yaradılan universitet hansıdır?

Azərbaycanda yeni yaradılan universitet hansıdır? - 1
Prezident İlham Əliyev
Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişafı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı, o cümlədən müvafiq tədris şəhərciyinin yaradılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Mənbə: http://yenilik.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2311 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__6536243 - 03.01.2015
Ölkəiqtisadiyyatının və turizm sektorunun inkişafına öz töhfəsini verəcəkdir
Qonaq__4032919 - 31.12.2014
Ehtiyac var mence yeni is yeri
taka - 30.12.2014
ela
Qonaq__6377274 - 29.12.2014
Əla
Qonaq__6139291 - 29.12.2014
heqiqetende cox gozel...
Qonaq__6323865 - 27.12.2014
Çox gözel..

Öz şərhinizi yazın

Bağla
.....