Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Azərbaycanlı bir müəllim milyoner olacaq (o kimdir) ?!

Azərbaycanlı bir müəllim milyoner olacaq (o kimdir) ?!

Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev dünya müəllimlərinin müsabiqəsinin final mərhələsinə çıxıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, M.Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunan "Dünya Müəllimi Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer alıb.
"Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1 000 000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir.
Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1 000 000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.

Mənbə: http://www.bolge.info

Dostlarınızla paylaşın!

Bu səhifə 1515 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Safiyya (Əlavə edilib: 25.01.2015 15:03:14)
Məhəmməd müəllim bir həmkar kimi çox sevinirəm.Adınızın U C A L I Ğ I N I dünyaya sübut edin
Müəllif:Qonaq__6755779 (Əlavə edilib: 10.01.2015 14:39:22)
ugurlar
Müəllif:Qonaq__6594988 (Əlavə edilib: 05.01.2015 15:14:12)
YOLUN AÇlQ OLSUN! TALE SƏNƏ YAR OLSUN! BİZ SƏNƏ İNANlRlQ!!!
Müəllif:Qonaq__6594988 (Əlavə edilib: 05.01.2015 15:01:32)
MƏHƏMMƏD MUƏLLİMİ LƏNKƏRANlN PEDAQOJİ İCTİMAİYYƏTİ ADlNDAN TƏBRİK EDİRİK!!! BU,COX BÖYUK UGURDUR!QOY DUNYA BİLSİN Kİ,AZƏRBAYCAN SİVİL DÖVLƏTDİR! BURADA MƏHƏMMƏD KİMİ ZƏKALAR ÇOXDUR!
Müəllif:Aliyev2002 (Əlavə edilib: 04.01.2015 21:09:33)
UĞURLAR!!! İnşallah Azərbaycanın adını ucaldar
Müəllif:Qonaq__6408186 (Əlavə edilib: 30.12.2014 22:56:31)
qalib olsada olmasada fexrimizdi
Müəllif:Qonaq__3844845 (Əlavə edilib: 30.12.2014 12:07:12)
Məhəmməd müəllimə uğurlar!Bizim əlimizdən ancaq dua etmək gəllər ki,Allah ona iş avadlığı versin.
Müəllif:Qonaq__6348362 (Əlavə edilib: 28.12.2014 20:51:29)
El oğlumuza uğurlar arzulayıram.
Müəllif:Qonaq__5256609 (Əlavə edilib: 28.12.2014 00:50:14)
Məhəmməd müəllimə uğurlar !
Müəllif:Gunel22 (Əlavə edilib: 27.12.2014 18:05:32)
basucaligi
Müəllif:Qonaq__6291213 (Əlavə edilib: 26.12.2014 22:17:54)
Lerik
Müəllif:Qonaq__5879960 (Əlavə edilib: 26.12.2014 15:44:53)
samaxi

Öz şərhinizi yazın

Bağla
.....