Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu məktəblər bağlandı

Bu məktəblər bağlandı

Uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə 152, 172, 88 saylı məktəblərin fəaliyyəti dayandırılıb.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatında qeyd edilib.

Bildirilib ki, görülən işlər Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində aparılıb.

Fəaliyyəti dayandırılan məktəblərdəki şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib. Binalarında əsaslı təmir və tikinti işləri aparılan digər təhsil müəssisələri isə bu məktəblərin binalarında yerləşdirilib.

189, 190 saylı məktəblər və 5, 292 saylı məktəblər isə ərazi baxımından yaxın yerləşməsi və birində nəzərdə tutulduğundan artıq, digərində isə az şagird təhsil aldığı üçün şagird sayının balanslaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması üçün birləşdirilib.

Tərcümə etdi: Admin

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1470 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....