Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Məktəbli övladlarınızın problemlərini belə həll edin (25 məsləhət)

Məktəbli övladlarınızın problemlərini belə həll edin (25 məsləhət)

Uşaqların yaşı artdıqca onlarla isti münasibəti saxlamaq çətinləşir. Yeniyetmələr böyüklərin dünyası ilə  öz arasında dayanır. Həyatlarının ilk çətin dönəmində onlarla rabitənin qırılmaması üçün valideynlər  ailədə  qarşılıqlı anlaşmanı qorumalı və tez-tez psixoloji bicliklərə baş  vurmalıdır. Uşaqların ən böyük problemi, hansı ki, bu barədə danışmırlar - məktəbdəki çətinlikləridir. FaktXəbər olaraq sizlərə uşaqlardan birbaşa soruşmadan məktəbdə günün necə keçməyin 25 üsulunu təqdim edirik. Bizcə, sınamağa dəyər.

1.    Bu gün məktəbdə sənin başına gələn ən yaxşı hadisə nədir? Bəs ən pis hadisə nədir?
2.    Bu gün nəyə güldün?
3.    Seçim imkanın olsaydı, sinifdə kimlə oturmaq istəyərdin? Bəs kimlə oturmaq istəmirsən və niyə?
4.    Məktəbin ən yaxşı yeri haradır? Bu barədə danış.
5.    Bu gün eşitdiyin ən qəribə söz nədir? Yaxud kim sənə qeyri-adi bir şey danışıb?
6.    Əgər müəllimini bu gün evə dəvət etsəydim, sənin barəndə nə deyərdi?
7.    Bu gün kimə kömək edibsən?
8.    Bəlkə bu gün sənə kimsə kömək edib?
9.    Bu gün təzə nə öyrəndin?
10.  Bu gün elə bir an oldumu ki, özünü çox xoşbəxt hiss edəsən?
11.  Darıxıbsan heç?
12.  Əgər yadplanetlilər sizin sinfə gəlsəydi, kimi aparmalarını istəyərdin?
13.  Heç vaxt oynamadığın kimlə tənəffüsdə oynamaq istərdin?
14.  Bu gün sənin başına gələn ən yaxşı hadisədən danış.
15.  Bu gün müəllimin ən çox təkrarladığı söz nə olub?
16.  Məktəbdə ən çox öyrənmək istədiyin nədir?
17.  Məktəbdə heç etmək istəmədiyin şey nədir?
18.  Kimlə sinifdə özünü daha yaxşı aparardın?
19.  Tənəffüsdə ən çox harada oynayırsan?
20.  Sinfinizin ən məzəli uşağı kimdir?
21.  Bu günkü nahar sənin xoşuna gəlib? Ən çoxc nə xoşuna gəldi?
22.  Sabah müəllim olsaydın, nə edərdin?
23.  Nə fikirləşirsən, bəlkə kimsə məktəbinizhi tərk etməlidir?
24.  Sinifdə kimlə yerini dəyişmək istərdin və niyə?
25.  Bu gün karandaşı istifadə etdiyin üç fərqli hadisəni danış.

Dostlarınızla paylaşın!

Bu səhifə 2039 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....