Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

TQDK-nın qəbul planı, saxtakarlıq və cinayət işi

TQDK-nın qəbul planı, saxtakarlıq və cinayət işi

Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulunun aparılması faktı aşkar edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulu ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

“Tələbə-Məzun” dövlət elektron sisteminin monitorinqi zamanı 2012-2013 və 2013-2014-cü tədris illəri üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş, lakin keçid balı toplaya bilməyən 69 abituriyentin TQDK-nın bəzi əmrlərinin saxtalaşdırılaraq kollecə qəbul edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1622 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....