?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Müəllimlərin maaşları çoxaldı

Müəllimlərin maaşları çoxaldı

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

Bu, Nazirlər Kabinetinin “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən Təhsil Nazirliyi iki ay müddətində dövlət ilk peşə- ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaş dırmaqla müəyyən etsin.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 50 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

Bağla
.....