Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Dünyada qəbul olunan ən mötəbər Azərbaycan universitetləri hansıdır?

Dünyada qəbul olunan ən mötəbər Azərbaycan universitetləri hansıdır?

Maraqlıdır ki, bizim universitetlərə dünyada hansı sayğı var? Bizim universitetlərdən hansını dünyada qəbul edirlər? Bu sualların cavabı aşağıda gələn məqalədədir.

FaktXəbər-in məlumatına görə, Massaçusets Texnologiya İnstitutu dünyanın ən yaxşı universiteti seçilib. Bu barədə Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti reytinq cədvəli hazırlayıb. Siyahıda ikinci yeri keçən illə müqayisədə reytinqdə irəliləyən Kembrij universiteti, üçüncü yeri isə Londonun İmperial Kolleci tutub. 

Dördüncü yerdə ABŞ-ın ən məşhur təhsil ocaqlarından biri Harvard Universiteti qərarlaşıb, beşinci-altıncı yerləri isə İngiltərənin cənubunda, Oksford qraflığında yerləşən eyni adlı universitet və London Universitet Kolleci bölüşdürüblər.

İlk onluğu ABŞ-ın dörd ali məktəbi tamamlayır: Stenford universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston və Yel universitetləri.

Azərbaycan universitetlərindən bu siyahıya sadəcə 3-ü düşüb. Bunlar da Qafqaz, Xəzər və Bakı Dövlət universitetləridir. Qafqaz Universiteti 651-700 reytinqində qərarlaşıb. Bakı Dövlət və Xəzər Universitetinin reytinqi isə demək olar ki, sıralanmayanlar siyahısına salınıb və siyahıda qarşılarına 701+ yazılıb.

Dünyada qəbul olunan ən mötəbər Azərbaycan universitetləri hansıdır?
Dünyada qəbul olunan ən mötəbər Azərbaycan universitetləri hansıdır?
Dünyada qəbul olunan ən mötəbər Azərbaycan universitetləri hansıdır?

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1671 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....