Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Şagirdlər daha məktəbə kitablar daşımayacaq!?

Şagirdlər daha məktəbə kitablar daşımayacaq!?

Bu il Azərbaycanda elektron dərsliklərin hazırlanması istiqamətində yeniliklər həyata keçiriləcək. Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, artıq ölkədə VI siniflər üçün bütün əsas dərsliklərin elektron versiyaları hazırlanıb və şagirdlərin, müəllimlərin istifadəsinə veriləcək. Onun sözlərinə görə, hər bir kəs istənilən yerdə-həm məktəbdə, həm evdə, həm məktəb kitabxanasında internet qoşulması ilə elektron dərsliyi yükləyə və oxuya bilər.

Şagirdlər daha məktəbə kitablar daşımayacaq!?

Bundan əlavə, dayanıqlı internet bağlantısı olanların dərsliklərdən onlayn vasitəsilə istifadə edə biləcəyini deyən nazir müavini qeyd edib ki, bu ilin dekabr ayına kimi VII siniflər üçün əsas dərsliklərin hamısının elektron versiyaları, II və III siniflərin hər biri üzrə isə 5 dərsliyin elektron versiyası hazırlanacaq: “Əlavə olaraq şagirdlərin özlərini qiymətləndirmə üsullarının elektron versiyaları, “Coğrafiya” və “Tarix” fənləri üzrə əlavə tədris resursları hazırlanır. Bunların hazırı dekabr ayına kimi istifadə olunacaq. Beynəlxalq və respublika fənn olimpiadalarına hazırlıq üçün xüsusi elektron platforma, müəllimlər üçün şagirdlərin qiymətləndirməsi platforması yaradılır. Bütün bu və digər resurslar ölkədə bütün məktəblilərin planşetlə təmin olunması planının tərkib hissəsidir”. (APA)

Mənbə: http://faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1298 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....