Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasında YENI ADDIM

Müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasında YENI ADDIM

Məktəbəqədər təhsildə əsas çətinliklərdən biri də motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmamasıdır.
Mili.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramının hazırlanması nəzərdə tutulsa da, yalnız məktəbəhazırlıq məsələləri ilə bağlı dövlət proqramı hazırlanıb. Yüksək ixtisaslı pedaqoqların hazırlanması istiqamətində işlər sürətləndirilə və məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramı hazırlana bilər.
Sənəddə bildirilir ki, 2016-2017-ci dərs ilində 2795 dövlət ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllimlər təlimlərə cəlb edilib. Ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin vəzifə maaşı diaqnostik qiymətləndirmə çərçivəsində 2 dəfə artırılıb. "Məktəbəqədər Təhsil Haqqında" qanun qəbul edilib.
Hesabatda deyilir ki, peşə təhsilinin inkişafı istiqamətində müəyyən addımlar atılsa da, özəl sektorun peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi istiqamətində işlər sürətli şəkildə getmir.
Tövsiyə edilir ki, pilot peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında tərəfdaşlığa mane olan amillər dəqiq müəyyənləşdirilə və maraqlı olan işəgötürənlərlə əməkdaşlıq qurula bilər.
İnkişaf və tədqiqat sahələrinə özəl sektorun investisiya qoyması üçün stimullaşdırıcı tədbirlərin keçirilməsi (Rusiya, Belarusiya təcrübəsi öyrənilə bilər) və yüksək texnologiyalar parklarının fəaliyyətinin səmərəli təşkili istiqamətində aidiyyəti qurumlarla birgə iş planının hazırlanması istiqamətində iş aparıla bilər. Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə iş aparıla bilər.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 910 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....