Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Təhsilimizdə yenilik - modul tipli məktəblər

Təhsilimizdə yenilik - modul tipli məktəblər


Bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Modul tipli məktəblərin quraşdırılması cəmi 1 ay 15 gün çəkir. Şagird sayına uyğun sinif otaqları, kitabxanası, sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə və ya genişləndirilə bilər.
Bəs ölkə üçün yenilik olan modul tipli məktəblərin üstünlüyü nədədir?
Təhsil Nazirliyi Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edib və bu səfər çərçivəsində mətbuat nümayəndələri modul tipli məktəblərlə tanış olublar.
Jurnalistlər əvvəlcə Qəbələ rayonunun Seyidqışlaq kənd ümumi orta məktəbinə gəliblər.
Təhsilimizdə yenilik - modul tipli məktəblər

Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev virtualaz.org-un əməkdaşına bildirib ki, modul tipli məktəblərin inşasında yerli tikinti materiallarından istifadə edilib. “Qəzalı vəziyyətdə olan məktəblərlə bağlı araşdırma aparıldı. Məlum oldu ki, şagird sayı 100 nəfərdən aşağı olan 232 məktəb var. Həmin məktəblər modul tipli məktəblərlə əvəzlənir”, - F.Əliyev söyləyib.
Modul tipli məktəblər bir çox ölkələrdə tətbiq edilir. Məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi də nəzərə alınır. “Digər ölkələrin tərcübəsini öyrəndik, bundan sonra qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz olunmasını təklif etdik. Pilot layihəsi çərçivəsində ibtidai sinif kompleksinin quraşdırılması başa çatıb”, - F.Əliyev qeyd edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə bildirib ki, modul tipli məktəblərin bir üstünlüyü də quraşdırılmasına az maliyyə vəsaiti sərf edilməsidir.
Təhsilimizdə yenilik - modul tipli məktəblər

Seyidqışlaq kənd ümumi orta məktəbinin direktoru Səhrab Həşimov bildirdi ki, məktəb 80 şagird üçün 10 sinif otağı, 1 müəllimlər otağı və kitabxanadan ibarətdir. Məktəbdə 20 müəllim çalışır.
Seyidqışlaq kənd ümumi orta məktəbi 1981-cii ildə istifadəyə verilib. Qəzalı vəziyyətə düşəndən sonra uşaqların binada təhsil almaq təhlükəli olub. Şagirdlər 9 illik məktəbi bitirəndən sonra təhsilini 1 saylı Vəndam tam orta məktəbində davam etdirirlər.
Kəndin 600 nəfər əhalisi var. Kənd sakinləri deyirlər ki, Seyidqışlaqda qış çox sərt keçir. Məktəb qəzalı olduğundan, uşaqları başqa kəndlərə göndərməyə məcbur olublar. Modul tipli məktəb tikiləndən sonra, əksinə, digər kəndlərdən Seyidqışlağa gəlmək istəyənlər olub. Məktəbdə isitmə sistemi quraşdırılıb, qışda istiliklə bağlı problem olmayacaq.
Təhsilimizdə yenilik - modul tipli məktəblər

Media nümayəndələri daha sonra Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasimində iştirak ediblər. Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova bildirib ki, məktəb tamamilə yenilənib. Məktəbin direktoru Sevil Nəbiyeva isə deyib ki, 1978-ci ildə tikilən məktəbdə 24 sinif otağı, 2 laboratoriya, müəllimlər otağı istifadəyə verilib. Məktəbin kompüter otağı da var. Şagirdlərin yaşı və boyuna uyğun partalar gətirilib. Məktəbdə 364 şagird təhsil alır, 52 müəllim çalışır.
Oğuz rayonunun Yemişənli kəndində də modul tipli məktəb tikilib. Media nümayəndələri məktəbdə yaradılmış şəraitlə tanış olublar. Məktəbin direktoru Muxtar Malıyev bildirib ki, köhnə məktəb 1969-cu ildə istifadəyə verilib: “Məktəbin binası elə vəziyyətə düşmüşdü ki, uşaqlar üçün hər an təhlükəli vəziyyət yarana bilərdi. İndi isə yeni məktəbimiz var, şagirdlərin təhsili üçün hər şərait yaradılıb. Bizim məktəbin kitabxanasında dərsliklərdən tutmuş, bədii ədəbiyyatlara qədər vəsaitlər var”.
Təhsilimizdə yenilik - modul tipli məktəblər

Yemişənli kənd məktəbində 10 sinif otağı, kitabxana, müəllimlər otağı var. Hazırda məktəbdə 73 şagird təhsil alır. Burada həmçinin məktəbəqədər hazırlıq qrupu da açılacaq ki, kənddə birinci sinifə gedəcək uşaqlar hazırlaşdırılsın.
Nazirliyin əməkdaşı Cəsarət Valehov deyib ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla 100 modul tipli məktəb istifadəyə veriləcək.

Mənbə: http://www.bolge.info

Dostlarınızla paylaşın!

Bu səhifə 1155 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....