Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Tələbələrin ixtisas və yer dəyişməsinə RƏSMİ aydınlıq gətirildi

 

Tələbələrin ixtisas və yer dəyişməsinə RƏSMİ aydınlıq gətirildi

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
Bu barədə Milli.Az-a Təhsil Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, transfer.edu.az portalından 1450 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 309 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3650 nəfər olub. Onlardan 1100 nəfəri öz sorğusunu təsdiq edib. Fevral ayında keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə  xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

Qeyd edilir ki, ötən ildən etibarən, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
İlkin İzzət
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 707 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....