Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?


“Azərbaycanda  diaqnostik qiymətləndirmə nəticəsində hər hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb”.
Bunu APA-ya Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu vaxta kimi nazirlik tərəfindən yalnız müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Gələcəkdə müəllimlərin sertifikasiya və attestasiyası həyata keçirilə bilər: “Amma bununla bağlı hansısa konkret göstəriş yoxdur. Qiymətləndirmə nəticəsində müəllimlərin işdən çıxarılması nəzərdə tutulmayıb. Yalnız sertifikasiya və attestasiya nəticəsində işdən çıxarılma ilə bağlı qərarlar ola bilər”.
 
E. Bağırov əlavə edib ki, yeni tədris ilinin əvvəlindən diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin inkişaf yönümlü təlimlərə cəlb olunması nəzərdə tutulub. Bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda xüsusi proqramların, layihələrin hazırlandığını deyən nazirlik rəsmisi vurğulayıb ki, ilkin olaraq, hansı kateqoriyadan olan müəllimlərin təlimlərə cəlb ediləcəyi müəyyənləşəcək.

Mənbə: http://www.bolge.info

Dostlarınızla paylaşın!

Bu səhifə 7414 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__31009193 (Əlavə edilib: 03.09.2017 14:15:20)
Muellim komekcileri bes?
Müəllif:Qonaq__30999232 (Əlavə edilib: 03.09.2017 02:02:15)
Məktubunuzun mətnini buraya yazın..Diaqnostik qiymetlendirmenin heqiqi ders yukune tesiri var yoxsa yox.Xaiw edirem bu barede yazardiz. men bilirem T N nin bu haqda serancami yoxdu ki kimese nece saat ders verilsin.Bezi rayinlarda yalandan T N yinin adindan pecatsiz kagiz gosterilir ki bu emir nazirlikden gelib.Sen az bal toplamisan sene 2saat ders duwur.Bes
Müəllif:Qonaq__30891087 (Əlavə edilib: 29.08.2017 22:28:44)
2015.12.dioqnastik qiym.-dən keçdik,daha sonra Bakıdan inkişaaf mərkəzi adı ilə bizə kurs keeçdilər(mart-apreldə).Sonra imtahan etdilər.Amma verdikləri vədlərinə də əməl etmədilər:kurs vəimtahan barədə heç bir sertifikat vermədilər.

Öz şərhinizi yazın

Bağla
.....