?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək.
Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: "Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".
 
Nazirlik rəsmisi qeyd edib ki, 2014-cü ildən etibarən keçirilən diaqnostik qiymətləndirmə həmişə könüllülük prinsiplərə əsaslanıb: "Heç vaxt müəllimin qiymətləndirməyə cəlb olunmasını məcburi etməmişik. Buna baxmayaraq istənilən qiymətləndirmədə davamiyyət 99%-dən aşağı düşməyib. Öz üzərində işləmək, nəticəsini artırmaq istəyən müəllimlər növbəti illərdə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edə bilər. Müəllimlər qiymətləndirmədə iştirak edərək yüksək nəticə göstərsələr, bu, növbəti dərs bölgüsündə nəzərə alına bilər".
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 12462 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__32428103 (Əlavə edilib: 27.10.2017 16:42:51)
MƏN ixtisasca kimya -biologiya müəllimiyəm .HƏR 2DƏN Dərs aparmışam Amma 20 ildən çoxdu kimyanı tədris edirəm .2008 ci ildən məktəbdə psixoloq vəzifəsini və 12 saat kimya dərsi aparıram.Dq keçməyə icazə vermədilər İndi mənə dərs verməyiblər .Məktəbdədə cəmi 14 saat kimya dərsi vardı onuda vakanta veriblər Bunə dərəcədə doğrudur Xahiş edirəm məlumatverin
Müəllif:Qonaq__31238503 (Əlavə edilib: 12.09.2017 18:19:50)
Məktəbdə diaqnostik qiymətləndirmədən keçmiş informatika müəllimi varsa ibtidai siniflərdəki informatika dərsləri ona verilməlidirmi.
Müəllif:Qonaq__30999232 (Əlavə edilib: 03.09.2017 01:59:21)
Məktubunuzun mətnini buraya yazın..Bes menim 40 illik stawaim hara gedir.Bes diplomum hara gedir .2saat dersle aile saxlamaq olar yoxsa dolanmaq olar .xaiw edirem mene cavab yazin.
Müəllif:Qonaq__30947569 (Əlavə edilib: 01.09.2017 02:29:37)
İxtisasdan 23 bal toplayan ibtidai sinif müəlliminə neçə saat dərs verilməlidir?
Müəllif:Qonaq__30918776 (Əlavə edilib: 31.08.2017 00:13:22)
Maraqlı burasındadır ki diaqnostik qiymətləndirmə zamanı ilkin şərt olaraq 6 suala cavab verməlisən ki bütün artım həmin müəllimlərə şamil olunsun
Yaxşı olardıki əvvəlcədən qeyd olunsaydı kim daha yüksək nəticə göstərərsə dərs bölküsü zamanı üstünlük qazanmış olacaq.Axı əvvəlcədən bu deyilməmişdir.indi bi necə qaydadır.Əvvəlcədən qərar verərkən düşünmək lazım idi.
Müəllif:Qonaq__30903731 (Əlavə edilib: 30.08.2017 09:32:18)
Salam .Novbeti dioqnostik qiymetlendurme ne vaxtdir?
Müəllif:Qonaq__30891022 (Əlavə edilib: 29.08.2017 22:50:25)
Salam.MənTəhsil Şöbəsində metodist işləyirəm.1983 cü ildən müəllim,2000-ci ildən Dərs yüküm saxlanılmaqla TovuzRTŞ-nə metodist təyin olmuşam."Baş müəllim"və "Qabaqcıl Təhsil İşcisiyəm"İndi metoddistlər dərs aparmayacaq deyilir Bu necə düzgündür.Metodist mayakdır,dərs aparmasa bildiklərinin 50 faizini itirməsi deməkdir.Bu struktur forması işlənib,sonra elan olunmalıdır..Mehman müəllim

Öz şərhinizi yazın

Bağla
.....