Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İcra hakimiyyətlərinin ali məktəblərə TESTSİZ qəbulunda hansı rolu var? - RƏSMİ

İcra hakimiyyətlərinin ali məktəblərə TESTSİZ qəbulunda hansı rolu var? - RƏSMİ

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
APA.az-ın məlumatına görə, layihə barədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib.
Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Layihə səsə qoyularaq qəbul olunub.

Mənbə: http://milletim.info

Dostlarınızla paylaşın!

Bu səhifə 2423 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....