Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist

700 bal yığanların sayı yeni imtahanların ballarına necə təsir edir?

700 bal yığanların sayı yeni imtahanların ballarına necə təsir edir?

Bu il keçirilən qəbul imtahanlarının ilk mərhələsində bütün qruplar üzrə 10 abituriyent yüksək nəticə göstərərək 700 bal toplayıb. 
Belə olan halda təhsil ictimaiyyəti keçid ballarının artacağını proqnoz edir. Bəs, keçid ballarının artması mümkündürmü? 
Milli.Az xəbər verir ki, qafqazinfo bu sualla təhsil eksperti Kamran Əsədova müraciət edib. 
O qeyd edib ki, bu il qəbul imtahanlarında iştirak etmək üçün sənəd təqdim edən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə ciddi şəkildə azalıb: "Lakin bunun müqabilində ali məktəblərin qəbul plan yerlərində azalma yox, əksinə artma qeydə alınıb. Hazırda ali təhsil müəssisələrinin bakalavr pilləsinə 40 minə yaxın qəbul plan yeri ayrılıb. Bu, əvvəlki illərlə müqayisədə çoxdur. Lakin abituriyentlərin sayında azalma müşahidə olunduğundan ballarda kəskin şəkildə artım ola bilməz. 
Düzdür, keçən ildən fərqli olaraq abituriyentlərin bu il seçdikləri ixtisas qrupu üzrə iki dəfə imtahan vermək şanslarının olması bu il müsabiqəyə qatılmaq istəyən şəxslərin sayında artım olacağından xəbər verir. Bu da yenədə qəbul şansının azalması demək deyil.
III və IV qrupda plan yeri və sənəd təqdim edən abituriyentlərin sayındakı yaxınlıq onu deməyə imkan verir ki, bu qruplarda keçid balı toplayan və düzgün ixtisas seçimi edən bütün abituriyentlər ali məktəblərə qəbul olacaqlar. 
Amma əvvəlki illərdən fərqli olaraq, keçirilən imtahan nəticələri onu deməyə imkan verir ki, bu il dövlət sifarişli ixtisaslar üzrə müsabiqə ballarının ciddi şəkildə artması ilə müşahidə olunacaq". 
Onun sözlərinə görə, 2016-cı ilin xoş olmayan təcrübəsindən dərs çıxarmayan özəl universitetlər bu il qəbulla bağlı problem yaşaya bilər: 
"Belə ki, təhsil haqlarının çoxluğu səbəbindən keçid balı toplayan abituriyentlər bu universitetləri seçmədilər və nəticədə özəl universitetlərdə böyük sayda plan yeri boş qaldı. Hətta sonradan ikinci yerləşdirmə zamanı bu universitetlər tələbələri cəlb etmək üçün müəyyən güzəştlər tətbiq etsələr də, bunun heç bir əhəmiyyəti olmadı. Ona görə də, hesab edirəm ki, universitetlər qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayını və plan yerlərini nəzərə alaraq indidən müəyyən ciddi tədbirlər həyata keçirməlidirlər. Yoxsa, onları ciddi təhlükə gözləyir".
K. Əsədov eyni zamanda son beş ildə qruplar üzrə 700 bal toplayan abituriyentlərin statistikası ilə bağlı da "Qafqazinfo"ya məlumat verib. 
O, xatırladıb ki, 2013-2014-cü tədris ilində III və IV qrup üzrə 6 abituriyent maksimal nəticə göstərərək 700 bal toplayıb, I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 bal, II ixtisas qrupu üzrə isə 690 bal olub. Qəbul imtahanında 96720 abituriyent iştirak edib. 
2014-2015-cü tədris ilində I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb. II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb. III qrupda maksimum nəticə olmayıb. Qəbul imtahanında 92641 abituriyent iştirak edib. 
2015-2016-cü tədris ilində imtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə isə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Qəbul imtahanında 82925 abituriyent iştirak edib. 
2016-2017-cü tədris ilində imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent, IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə də 2 abituriyent maksimum nəticə - 700 bal toplayıb. Qəbul imtahanında 78545 abituriyent iştirak edib. 
2017-2018-cü tədris ilində imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent, II ixtisas qrupu üzrə isə 1 abituriyent . İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb".
Statistikadan belə nəticəyə gəlmək mümkündür ki, son 5 ildə 400 minə yaxın abituriyentin cəmi 50 nəfəri qəbul imtahanında maksimum nəticə əldə edib.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 3801 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__27465875 (Əlavə edilib: 26.05.2017 17:24:20)
imthanlarin dahxca serfeli olmasi abturiyentler ucun daha serfeli olar

Öz şərhinizi yazın

Bağla
.....