Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Kolleclərə qəbullunda YENİLİK

Kolleclərə qəbullunda YENİLİK

Dövlət İmtahan Mərkəzi mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir. SİA-nın xəbərinə görə,DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcək.
Onun sözlərinə görə, I mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədi ilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur: “Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında yoxlanılacaq".
M. Abbaszadə bildirib ki, bu il IX siniflər üçün buraxılış imtahanlarında şagirdlərə təkcə test sualları yox, yeni növ tapşırıqlar, misallar təqdim edilib. Lakin bizə daxil olan müraciətlərə əsasən imtahanın məzmunu ilə əlaqədar çox şey hələ də qeyri-müəyyəndir. Yeni yaradılacaq İctimai Şurada bu məsələlər, imtahanların məzmunu müzakirə ediləcək. Onların iştirakı ilə imtahan nəticəsini yoxlanmasını təkcə Bakıda yox, 8 regionda da aparılacaq”.
 Nailə Məhərrəmova

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 5670 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__28002563 (Əlavə edilib: 03.06.2017 01:14:22)
Qiymət neçəyədi?
Müəllif:Qonaq__27792740 (Əlavə edilib: 29.05.2017 14:36:38)
bawa duwulmur daha etrafli yazin
Müəllif:Qonaq__25623556 (Əlavə edilib: 12.05.2017 20:31:05)
9-cu sinfin buraxılış imtahanının 1-ci mərhələsinin cavabları nə vaxt müəyyən olacaq?
Müəllif:Qonaq__23855960 (Əlavə edilib: 11.04.2017 00:35:30)
Mənə maraqlıdı əvəlki ilin məzunu aprel ayında kollecə qəbul üçün keçriləcək imtahandan açıq tipli suallara cavab verə bilməsə ikinci tur yayda veriləcək imtahana buraxılacaqmı?
Müəllif:Qonaq__26069318 (Əlavə edilib: 07.04.2017 09:22:42)
Men 2007 -ci ilde mezun olmuşam attestatla bu il kollece imtahan vere bilerem? Xayiş edirem cavab yazın
Müəllif:Qonaq__24920189 (Əlavə edilib: 26.03.2017 21:29:38)
Aciq suallar elede yaxsi deyil mence evvelki kimi olsa yaxsi olar.yeni qapali suallarla

Öz şərhinizi yazın

Bağla
.....