Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu gün magistr olmaq istəyənlər üçün sınaq günüdür

Bu gün magistr olmaq istəyənlər üçün sınaq günüdür

Bu gün TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Lent.az-a verilən xəbərə görə, qəbul imtahanı Bakı, Gəncə və Naxçıvanda baş tutacaq.
Magistraturaya proqram seçimində qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Bu hüquqa malik olan  bakalavrlardan 11488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib.  
Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini isə  qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 10119 nəfərinin Bakı şəhərində, 267 nəfərinin Naxçıvan şəhərində, 1102 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.  
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 17, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanı 81 imtahan rəhbəri, 866 nəzarətçi-müəllim idarə edəcək.
2012-də 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.   


Mənbə: http://news.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1089 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....