Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

IX siniflərin buraxılış imtahanları hansı rayonda və nə vaxt olacaq?

IX siniflərin buraxılış imtahanları hansı rayonda və nə vaxt olacaq?

Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının birinci mərhələsinin keçirilmə tarixi və yeri müəyyənləşib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, imtahanlar Bakıda, Sumqayıtda, Abşeronda, Xızıda və Qobustanda martın 5-də keçiriləcək.
 Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar və Kürdəmirdən olan doqquzuncu sinif şagirdləri martın 12-də imtahan verəcəklər.
 Martın 18-də isə imtahanlar Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz və Siyəzəndə təşkil olunacaq.
 Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıda qeyd edilən vaxtda verəcəklər.
 Heydər Əliyev adına Hərbi Lisey və peşə liseylərinin şagirdləri üçün imtahan martın 12-də təşkil ediləcək. C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərindəki xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasındakı məktəb, cəzaçəkmə müəssisələrindəki məktəblərin şagirdləri isə biliklərini martın 18-də sınayacaqlar.

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 5039 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__25481655 (Əlavə edilib: 09.05.2017 23:20:13)
budefeki buraxilis biraz cetinidi
Müəllif:Qonaq__25139185 (Əlavə edilib: 25.02.2017 14:10:14)
NAFTALAN
Müəllif:Qonaq__24941548 (Əlavə edilib: 19.02.2017 12:21:27)
Salam.Maraqlı məlumatlara görə təşəkkür edirik.Oğlum 9 cu sinif buraxılış imtahanında iştirak etməlidir ona görə bu səpgidə olan xəbərlər mənim üçün maraqlıdır.Bütün inşaların adını axtarıram amma məlumat yetəri qeder tapmadım.

Öz şərhinizi yazın

Bağla
.....