?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Sınaq imtahanlarının qiymətinin 7 manat olmasının səbəbi nədir?

Sınaq imtahanlarının qiymətinin 7 manat olmasının səbəbi nədir?

Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üzrə onlayn sınaq imtahanlarının qiymətinin artırılması barədə məlumat yayılmışdı. DİM tərəfindən verilən məlumatda bu artım təsdiqlənmişdi.
Publika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin internet səhifəsində sınaq imtahanlarının qiymətinin 3 manatdan 7 manata qaldırılmasının səbəbləri izah olunub.
Məlumatda bildirilib ki, şagirdlərə ümumilikdə 30 test tapşırığı təqdim olunur. Bunlardan 20-si ana dili, 10-u isə riyaziyyat fənnindəndir. 30 test tapşırığından ana dili fənni üzrə 10 ənənəvi test tapşırığını kompüter, digər 10 test tapşırığının hər birini isə 2 marker yoxlayır. Əgər qiymət fərqi yaranarsa, tapşırıqları yoxlamaq üçün 3-cü marker də cəlb edilir. Riyaziyyat fənni üzrə test tapşırıqları da markerlər tərəfindən bu qayda ilə yoxlanılır. Hər bir test tapşırığının yoxlanması üçün müəllimlərə 0.10 manat pul verilir.
3 marker*20 test tapşırığı*0.10 manat=6 manat
Portaldakı balansınıza yüklənilən məbləğin 3%-i pulköçürməsi xidməti həyata keçirən Golden Pay və Milliön şirkətinə köçürülür.
7*3%=0.21 manat
Portaldakı balansınıza yüklənilən məbləğin 4%-i vergi şəklində dövlətə köçürülür.
7*4%=0.28 manat
Serverin saxlanılması, administrator xidməti, portalda xidmət göstərilməsi, test tapşırıqlarının hazırlanması və ekspertizadan keçirilməsinə xərclənən vəsaiti də nəzərə alsaq, hər bir test variant üçün 0.51 manat vəsait xərclənmiş olur.
Beləliklə, 6 manat+0.21 manat+0.28 manat+0.51 manat=7 manat

Mənbə: http://www.bolge.info

Dostlarınızla paylaşın!

Bu səhifə 2274 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__23641626 (Əlavə edilib: 30.01.2017 15:42:04)
vay canina

Öz şərhinizi yazın

Bağla
.....