Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Sinif rəhbəri vəzifəsinin ləğv edilməsinə RƏSMİ AÇIQLAMA

Sinif rəhbəri vəzifəsinin ləğv edilməsinə RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.
Bununla belə, I-IX siniflərdə tədris olunan "Həyat bilgisi" fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi II yarımildən dayandırılıb.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 9866 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__27630368 (Əlavə edilib: 26.05.2017 08:47:47)
müəllimin ayliq 18saatlıq dərs yükü 450AZM ;Məktəb xadiməsinin həftəlik iş saatı 40 saat olmaqla 121 AZM ÖZÜNÜZ MÜQAİSƏ EDİN. BU HAQSIZLIQ DEYİLMİ.
Müəllif:Qonaq__23274481 (Əlavə edilib: 10.02.2017 18:11:42)
9-cu siniflərdə konstitusiya keçirdik.Bir bilən varmı niyə ləğv olundu
Müəllif:Qonaq__24509492 (Əlavə edilib: 26.01.2017 21:58:04)
maas niye yurlenmi

Öz şərhinizi yazın

Bağla
.....