Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Müəllimlər əməkhaqlarını belə hesablayacaq

Müəllimlər əməkhaqlarını belə hesablayacaq

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün online kalkulyator xidməti istifadəyə verilib.
Bunun üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Online kalkulyator”http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır. Təhsil Nazirliyindən  bildiriblər ki, online kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər.
Müəllimlər “Onlayn kalkulyator” (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.
Yeni xidmətin yaradılmasının məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılmasıdır. Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əməkhaqlarının online kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur.
Mətləb Salahov

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 12692 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__32985779 (Əlavə edilib: 11.11.2017 19:24:21)
Qorxuram emek haqqimi hesablasam kalkulyatar partlayar.yaziq olar.
Müəllif:Qonaq__24057623 (Əlavə edilib: 04.03.2017 14:54:33)
Salam.Mən maaşımı hesabladım.Düz alındı.
Müəllif: (Əlavə edilib: 08.01.2017 15:42:30)
Ev təhsilni hesablama qrafası yoxdur.həm dı qaçqınlardan vergi tutulma qaydası fərqlidir.Burda isə bunlar hesablamaq mümkün olmadı
Müəllif:Qonaq__24029675 (Əlavə edilib: 08.01.2017 01:50:44)
çox gûclü emek haqqi verirler axi hesablamaq çetindi
Müəllif:Qonaq__24010706 (Əlavə edilib: 07.01.2017 11:38:19)
Salam mən maaşi hesabladim amma orda hesablada 484m yazıldı.aşağıda isə 575 manat yazıldı indi mənım maaşim hansıdır? 18 il stajim var 23 saatım var ali tehsilliyem diaqnostik imtahandan keçmişəm
Müəllif:Qonaq__23922063 (Əlavə edilib: 04.01.2017 18:16:38)
mən maaşı hesablaya bilmədim.
Müəllif:Qonaq__23898282 (Əlavə edilib: 03.01.2017 21:44:42)
hərbi rəhbərlərin maaşını nəyə görə hesablamır? Xahiş edirəm məlumatlandırın

Öz şərhinizi yazın

Bağla
.....