Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Əgər bir müəllim tədris etdiyi fəndən 0 bal alırsa, onda o hansı biliyi verə bilər? - DƏHŞƏTLİ STATİSTİKA

Əgər bir müəllim tədris etdiyi fəndən 0 bal alırsa, onda o hansı biliyi verə bilər? - DƏHŞƏTLİ STATİSTİKA

Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.
Bu barədə təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında deyib.
Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib.
Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: “2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlardan iştirak edən paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-i metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir”.
Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılmasını vacibdir: “Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar”.
Ekspertin açıqladığı rəqəmlərlə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab gəldiyi an onu da yayacağıq.

Mənbə: http://www.bolge.info

Dostlarınızla paylaşın!

Bu səhifə 3624 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__27402358 (Əlavə edilib: 11.08.2017 17:59:32)
XAIS EDIRAM DUZGUN CAVAB YAZASINIZ MUQAVILA ISLAYAN MUALLIMLAR 30 BAL TOPLASA NECA OLACAQ HANSI GUZASTLAR GOZLANILIR
Müəllif:Qonaq__27402358 (Əlavə edilib: 11.08.2017 17:48:21)
HAR KAS TOPLADIGI BALA GORA MAAS ALMALIDIR ALBATDA 0 BAL TOPLAYANDA EYNI DARS BOLGUSU EYNI MAAS ALIR YUKSAK BAL TOPLAYAN MUALLIMLARDA HANI BAS DUZGUNLUK ADALAT
Müəllif:Qonaq__23925774 (Əlavə edilib: 20.01.2017 12:11:22)
Siz nazir olsaniz Mikayil muellimin isinin 20% ni gore bilmessiz. Kenardan baxana doyus asan gelir
Müəllif:Qonaq__23787073 (Əlavə edilib: 14.01.2017 22:43:13)
Yaxşi olardi ki,muallimin maaşi verdiyi imtahan naticalarinə əsasən artirilsin.Onda butun muallimlar oz uzarinda işləyəcak.
Müəllif:Qonaq__21940796 (Əlavə edilib: 06.01.2017 00:43:07)
Əgər bu həqiqətdirsə getməyi məsləhətdir
Müəllif:Qonaq__23861440 (Əlavə edilib: 02.01.2017 14:53:15)
"0" bəal toplayan müəllimin özü sakitcə ərizə verib
işdən getməlidir.Ya da indiyə qədər aldığı əmək haqqının müəyyən hissəsini geri qaytarmalıdır.
Müəllif:Qonaq__22779784 (Əlavə edilib: 31.12.2016 13:56:38)
Kamran Əsıdov bu yanlış məlumatı haradan əldə edib bilmirəm-mən deyərdim bu iftira xarakterli bir məlumatdır.

Öz şərhinizi yazın

Bağla
.....