Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İmtahanların vaxtı dəyişdiriləcək, amma nə səbəbdən?

İmtahanların vaxtı dəyişdiriləcək, amma nə səbəbdən?

 Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişiklər ediləcək. 
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadə deyib ki, bu məsələ hazırda müzakirə olunur və sonda vəziyyəti nəzərə alaraq müvafiq qərar veriləcək: “May ayında Bakıda müəyyən imtahanlar, hətta sınaq imtahanları keçirilməyəcək. 
İslam Həmrəylik Oyunları ilə əlaqədar may ayında Bakıda sınaq imtahanı keçirə bilməyəcəyik. Magistratura və rezidenturanın II mərhələsi ilə bağlı imtahanların vaxtı da müzakirə olunur. Məktəblərdə dərslər iyunun 14-də başa çatacağı üçün buraxılış imtahanları da həmin vaxtdan sonra təşkil olunacaq".
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib ki, imtahanların cədvəli tam təsdiqlənəndən sonra yanvarda ictimaiyyətə açıqlanacaq. 

Mənbə: http://shefeq.az

Dostlarınızla paylaşın!

Bu səhifə 4942 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__22122317 (Əlavə edilib: 20.12.2016 19:10:15)
bu 9-cu siniflere tesir edecek ya yox?
Müəllif:Qonaq__23298913 (Əlavə edilib: 15.12.2016 15:36:25)
1

Öz şərhinizi yazın

Bağla
.....