Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Məktəblərdə yaradılacaq yeni ştatlar müəllimlərə dəstək olacaq YOXSA...?

Məktəblərdə yaradılacaq yeni ştatlar müəllimlərə dəstək olacaq YOXSA...?


“Məktəblinin dostu”na görə ixtisarlar olacaq, kimlərin əməkhaqqı mənimsənəcək?
 

Təhsil eksperti Nadir İsrafilov: “Bu iş ictimai əsaslarla görülə bilər

Hurriyyet.org-a daxil olan məlumata görə, dekabrın 1-dən Bakının bəzi ümumtəhsil müəssisələrində müşavirlər təyin olunacaq.
Məktəb direktorlarına bildirilib ki, pilot layihə əsasında 30 məktəbdə "Asan-könüllülüər" təşkilatından seçilən, əsasən 24-30 yaşlı gənclərdən ibarət olan müşavirlər məktəbdə direktorlara köməkçi funksiyasını yerinə yetirəcək, eləcə də psixoloq, tibb bacısı və sair vəzifələrə yardımçı olacaq. 
400 manat maaş alacaq məktəb müşaviri
Redaksiyaya daxil olan məlumata görə, müşavirin əməkhaqqı 400 manat civarında müəyyənləşib. 
Məlumat pilot layihə tətbiq olunacaq məktəblərin bəzilərində rəhbərlik və müəllimlər arasında narahatlıq yaradıb. Məlumat doğrudursa, məktəb müşavirinin maaşı hansı büdcədən formalaşacaq? Müşavirin fəaliyyəti digər vəzifələrdə - psixoloq, tibb bacısı, direktor müavini və sairdə kadr ixtisarı yaratmayacaq ki? Bu vəzifə hansı ölkənin təcrübəsinə istinad edir? Yaranmış "müşavirlik" sistemi Azərbaycan təhsilinə nə verəcək? Müşavir direktoru və ya onun müavinlərini əvəz edəcək vəzifə ola bilərmi? Ümumiyyətlə,məktəb müşavirinin funksiyasına nə daxildir?
Təklif: İmtahan qiyməti aşağı, təcrübəsi yüksək müəllimdən yararlanaq
Bəzi məktəb direktorları təklif edir ki, müəllimlərin diaqnostik qiymətləndirilməsindən uğurlu nəticələr göstərməyən, amma pedaqoji təcrübəsi yüksək olan, çox az əməkhaqqı alan müəllimlər bu işə cəlb olunsun. Bu təklifin özünü doğrultması mümkündürmü?
Müşaviri “məktəblinin dosti” əvəz edəcək
Bu kimi suallarla Bakı Şəhər Təhsil İdarəsinə yazılı sorğu ilə müraciət etdik. İdarədən bizə cavab verildi ki, layihənin adı dəyişdirlib, məktəblinin dostu adlandırılıb və bu layihənin icrasına Təhsil Nazirliyi nəzarət etdiyinə görə, sorğumuz onlara ünvanlanıb. Nazirlikdən isə bildirldi ki, sorğu müvafiq şöbəyə yönləndirilib, cavab verilincə, redaksiyamıza ünvanlaınacaq. 

Əvvəlcə 30 məktəbdə, sonra əhatəsi genişlənəcək...

Qeyd edək ki, hələ avqust ayından Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Məktəb müşavirləri xidməti” pilot layihəsinə start verilməsi haqqında məlumat yayılmışdı. Məlumatda bildirlirdi ki, layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək və gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Məktəb müşavirlərinin ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçirəcək. 
İnzibati heyətin əməkhaqqına uyğun əməkhaqqı...
Həmçinin məlumatda bildirlirdi ki, onların ümumtəhsil müəssisələrinin inzibati heyətinin əmək haqlarına uyğun olaraq əmək haqqı alması nəzərdə tutulur: “İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Seçimlərdə ictimai fəaliyyətdə fəal iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər məktəb müşavirləri təyin ediləcəklər”.
Müşavir olacaqsa, təlim-tərbiyə işləri üzrə direktor müavininə nə ehtiyac, yaxud əksinə?
Məktəb müşavirinin əsas vəzifələrinə gəlincə qeyd olunub ki, onlar müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.
Əgər məktəb müşaviri, yaxud “məktəblinin dostu” məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininin, yaxud psixoloqun, və ya tibb bacısının funksiyasını yerinə yetirəcəksə, bu vəzifələrə nə ehtiyac var?
Təhsildə tərbiyənin unudulması...
Yeri gəlmişkən, hazırda məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin əksəriyyəri formal xarakterli fəaliyyət göstərir. Onların işi tədrislə tərbiyənin vəhdətini təmin etmək deyil, bayramlarda-seyranlarda şablon, ənənəvi tədbirlərə şagirdləri cəlb edib, onları tədrisdən yayındırmaqdır. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, Dünya Bankının təhsillə bağlı bir layihəsində təhsildən tərbiyə bölməsi çıxarılandan sonra, məktəblərdə tərbiyə məsələsi ümumiyyətlə,arxa plana keçib. 
Onlar öz vəzifə borclarını yerinə yetirmirlərsə, bu başqa məsələ... 
Məktəblərdə yaradılacaq yeni ştatlar müəllimlərə dəstək olacaq YOXSA...?

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, məktəblərdə “məktəb müşaviri xidməti”nin yaradılması təhsildə nəsə bir yenilik etmək xatirinə atılan addımdan başqa bir şey deyil. Onun sözlərinə görə, bir tərəfdən rasionallaşdırma və optimallaşdırma adı iilə təhsil sahəsində yerli-yersiz ixtisarlar edilir, birləşdirmə yolu ilə struktur dəyişiklikləri aparılır, digər tərəfdən əlavə ştatlar yaradılır: “Bunu necə başa düşmək olar? Əgər müşavirin əsas vəzifəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaqsa, onda məktəbin direktoru, onun müavinləri, məktəbin psixoloqu, həkimi, uşaq birliyinin rəhbəri, ən nəhayət sinif rəhbərləri, valideyn komitəsi nə ilə məşğuldurlar?” deyə sual edən təhsil ekspertinin fikrincə, sadalanan bu inzibati heyətin subyektləri öz funksional vəzifə borclarını lazımi səviyyədə yerinə yetirmirlərsə, artıq bu məsələnin başqa tərəfidir. 
Bəlkə testdən yüksək bal toplamaq yarışması bu zərurəti yaradıb?
Ekspert bildirdi ki, “ASAN xidmət” , “ASAN peşə”, “Məktəblinin dostu” və s. bu kimi layihələr beynəlxalq təcrübədən qaynaqlanır və bunun gələcəkdə nə kimi effekt verə biləcəyi hələ ki, sual altındadır: “Bu kimi xidmətlərə zərurət yaranması isə hesab edirəm ki, məktəbdənkənar və sinifdənxaric ışlər kimi mühüm komponenti arxa plana keçirib, bütün diqqətimizi dərsə, orta məktəbdə ali məktəbə yüksək bal toplamaq yarışına yönəltməyimizdir. Halbuki ümumtəhsil məktəbinin vəzifəsi şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdan ibarətdir. Belə çıxır ki, məktəblərimiz bu qədər çoxsaylı personalla öz vəzifələrinin öhdəsindən gələ bilmir və onların əlavə dəstək lazımdır. Hər halda yaranan yeni xidmətin vahid Nizamnaməsi ilə yaxından tanış olduqdan sonra daha konkret nəsə demək olar”.
“Məktəblinin dostu” məktəbli ilə ingiliscə anlaşacaq?
Nadir İsrafilov onu da əlavə etdi ki, istər bu xidmət sahiblərini “müşavir” adlandıraq, istər “menecer”, istər “məktəblinin dostu” fərqi yoxdur, onların seçimi məqsədilə keçirilən müsabiqədə məhz pedaqogika, metodika, psixologiya bir yana ingilis dilini bilmələrinin zəruri tələb kimi qoyulması anlaşılan deyil: “Rus dili ilə bağlı mübahisələr hələ səngiməmiş ingilis dilini ortalığa atırıq, sanki bunlar imgilis dilli kontingent arasında iş aparacaqlar və aparacaqları marifləndirmə işlərində ingilis dilini bilmədən ötüşmək olmaz. Digər bir tərəfdən əgər bu personal pedaqoji heyyət nomenklaturasına aid ediləcəksə, onlara ümumtəhsil müəssisələrinin inzibati heyətinin əmək haqlarına uyğun əmək haqqı veriləcəksə, “məktəblinin dostu” adı ciddilikdən daha çox, nəsə bir az qeyri-rəsmi görünür. Belə adlar adətən könüllülük prinsipləri əsasında, başqa sözlə desək ictimai əsaslarla iş aparanlara şamil edilir”.

Mənbə: http://dunyapress.com

Dostlarınızla paylaşın!

Bu səhifə 9627 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....