Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Finlandiyada olan YENİ TƏHSİL İNQİLABI nədir?

Finlandiyada olan YENİ TƏHSİL İNQİLABI nədir?

Finladniya təhsil sistemi dünyada ən qabaqcıllar sırasındadır. Təhsilin qiymətləndirmə reytinqlərində bu ölkə ən prestijlilərin TOP-10 siyahısına daxildir. Lakin yerli dövlət başçıları bununla kifayətlənmir və məktəb sistemində əsl inqilab etməyi planlaşdırırlar.
Milli.Az fins.az-a istinadən xəbər verir ki, məmurlar bütün dərs fənlərini ləvğ etmək fikrinə gəliblər: nə fizika olacaq, nə riyaziyyat, nə ədəbiyyat, nə tarix və nədə ki coğrafiya.
Helsinkinin Təhsil Departamentinin başçısı Maryo Killonen bu reformaları belə şərh edir:
"Məktəblərdə tədris köhnə dəbli yolla keçirilir. Bu sistem 90-ci illər üçün yaxşı idi, lakin ehtiyaclar indi dəyişib və biz XXI əsr üçün yeni bir şey kəşf etməliyik".
Ayrıca dərs fənləri yerinə fənlərarası formatda hadisələr öyrəniləcək. Məsələn, İkinci Dünya Müharibəsi həm tarixi məzmunda həm coğrafi, həm də riyazi tərəfdən tədqiq ediləcək. "Kafedə iş" kursunun təlimi zamanı isə şagirdlər ingilis dili, iqtisadiyyat və kommunikativ bacarıqlar haqda kompleks biliklər əldə edəcəklər.
Bu sistem 16 yaşdan başlayaraq yuxarı sinif şagirdləri üçün nəzərdə tutulur. İdeyaya görə, məktəbli özü hansı hadisəni öyrənəcəyini seçir. Bu da onun gələcəkdə hansı yolu seçməyindən aslıdır. Beləliklə, yeniyetmə: "Bu, mənə lazımdır?", "Nə üçün mən bunu öyrənməliyəm?" kimi əbədi suallardan azad olacaq.
Dəyişikliklər "müəllim-şagird" ənənəvi formatına da aiddir. Məktəblilər parta arxasında oturub həyəcanla lövhə qarşısına çağıracaqlarını gözləməyəcəklər. Bunun yerinə balaca qruplar arasında ququrlan əməkdaşlıqda problemlər müzakirə ediləcək.
Fin təhsil sistemi komandada işləməyi həvəsləndirir və buna görə də, dəyişikliklər müəllimlərin işinə də təsir göstərəcək. Helsinkinin 70% müəllimləri artıq yeni sistem üzrə informasiyanı çatdırmaq üçün təlim keçiblər. Eyni zamanda onların maaşları da artacaq. Təhsil sisteminin tam yenilməsi 2020-ci ildə gözlənilir.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 3636 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__22715263 (Əlavə edilib: 24.11.2016 23:53:46)
Məktəbin ışığı yoxdursa pul yığmaq lazımdır mütləq

Öz şərhinizi yazın

Bağla
.....