Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Məzunların nəzərinə - YENİ qaydalar gəlir

Məzunların nəzərinə - YENİ qaydalar gəlir

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Məlumata görə, yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.
Beləliklə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili) və riyaziyyatfənlərindən iki mərhələdə keçiriləcək.
Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcəkdir.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.
Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, test modelləri, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları nəşr ediləcəkdir. Həmçinin, həmin fənlərdən IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.

Mənbə: http://www.cumhuriyyet.net

Dostlarınızla paylaşın!

Bu səhifə 4251 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__18829855 (Əlavə edilib: 23.10.2016 21:03:35)
Salam.Imtahanda vaxt ne qeder olacaq?Her iki imtahanin neticesi birlikde nezere alinacaq,yoxsa sonuncu imtahanin neticesi nezere alinacaq?
Müəllif:Qonaq__21407035 (Əlavə edilib: 17.10.2016 23:57:51)
salam çox təəssüf olsun ki şagirdlərin biliyi iki fənndən yoxlanılır. əgər belə idisə onda məktəb iki fənn tədris etsin qalan fənnlər lazım deyil heç olmasa ən azı Azərbaycan tarixi fənnini imtahana əlavə etməli idilər iki ildir ki deyilirdi ki bu fənn əlavə ediləcək çox təəssüf ki öz tariximizə qarşı həssaslıq göstərilmir
Müəllif:Qonaq__21370409 (Əlavə edilib: 16.10.2016 14:42:12)
Bu mezunlara çox yazıgım gelir cannnn
Müəllif:Qonaq__21075616 (Əlavə edilib: 15.10.2016 13:25:27)
netice nece qiymetlenecek? atistat qiymeti ile texnokoma senet vermek olacaq? texnokomda kecidbal nece olacaq? unverstetde 3 qrup kecid bali nece olacaq jurnalistlik?butun IX ve XI-ci siniflere ugurlar.evvelceden tewekkur edirem aiw edirem cavab azarsizda.
Müəllif:Qonaq__21229491 (Əlavə edilib: 14.10.2016 21:10:20)
vaxt olacaq? Olacaqsa aciq sual cox oldugu ucun vaxtida artiracaqlar? Bes konullu inşa qiymete tesir edecekmi? Edecekse nece
Müəllif: (Əlavə edilib: 11.10.2016 23:25:07)
Yaxwidi
Müəllif:Qonaq__21199539 (Əlavə edilib: 11.10.2016 21:38:33)
bəs bu kitabçalar nə vaxt çapa buraxılacaq buraxılıbsa satışda nə vaxt olacaq
Müəllif:Qonaq__21054812 (Əlavə edilib: 10.10.2016 20:55:52)
hmm maraqli olacaq :)
Müəllif:Qonaq__21157999 (Əlavə edilib: 10.10.2016 13:18:19)
Netice nece qiymetlendirilecek? İki imtahanın qiymeti nezere alınıb orta qiymet çıxarılacaq, yoxsa başqa cür? Uşaqlar yanlış düşünmesin deye qiymetlendirmeni açıqlamaq yaxşı olardı. Bele düşünenler var ki, 1-ci sınaq kimi olub, qiymeti nezere alınmayacaq. Bir de nümuneler verilseydi yaxşı olardı. Xahiş edirem cavablandırasınız. Evvelceden teşekkür edirem!

Öz şərhinizi yazın

Bağla
.....