Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist

Hansı rayonlar savadsızlıq siyahısına bu il başçılıq edir?

Hansı rayonlar savadsızlıq siyahısına bu il başçılıq edir?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən, 36 min şagird Ana dilindən, 42 mindən çox şagird Riyaziyyatdan "2" qiyməti alıb. 
IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2", Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2" qiyməti alıb.
XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2", Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2" qiyməti alıb. 
Milli.Az bildirir ki, TQDK-nın mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, məzunları Ana dili və Riyaziyyatdan ən çox "2" alan 5 şəhər və rayonların adları müəyyən edilib.
Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, Riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları "2" qiyməti alıblar.
11-ci siniflər üzrə Ana dilindən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, Riyaziyyatdan isə Sabirabad, Ağcəbədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları "2" qiyməti alıb. 
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 9377 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__20336307 (Əlavə edilib: 13.09.2016 22:03:14)
salam bilmek isteyirem dioqnostik qiymetlendirmeden kecmeyen rayonlarimiz (muellimlerimiz) ne zaman dioqnostik imtahandan kececekler
Müəllif:Qonaq__19108139 (Əlavə edilib: 18.07.2016 23:59:31)
Bu siyahı nisyə siyahısınını böyük hərflərlə dükana asıb borcluları utandırmaq istəyən dükan sahibinin siyahısına oxşşayır. Bəlkə o rayonlarda və digər rayonlarda dərs deyən şagirdləri 2 alan müəllimlərində adını yazasınız.... bəlkə təhsilimiz nəsə əldə etdi.
Müəllif:Qonaq__19071866 (Əlavə edilib: 18.07.2016 01:18:29)
salam.muellimlerin ise qebulu nece baldi
Müəllif:Qonaq__18592017 (Əlavə edilib: 17.07.2016 18:47:53)
salam mən bilmək istəyirəm dioqnostik qiymətləndirmədən keçməyən rayonlarımız(müəllimlərimiz) nə zaman dioqnostik imtahandan keçiriləcəkdir.Siyəzən rayonu
Müəllif:Qonaq__19025458 (Əlavə edilib: 14.07.2016 17:49:01)
Salam.Yazib sizden xahis edirem ki bilmek isdeyirem uzurlu sebebden diaqnosdik qiymetlenmede isdirak ede bilmeyen muellimler ne vaxt istirak ede biler diaqnosdiq qiymetlenmede?.Gence seheri .

Öz şərhinizi yazın

Bağla
.....