?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Abituriyentlərə TQDK xəbərdarlıq göndərdi

Abituriyentlərə TQDK xəbərdarlıq göndərdi

Bu gün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlayıb.
Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu proses iyulun 18-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə həyata keçirilir.
İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərşivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 2016-2017-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər isə "qabiliyyət imtahanına buraxılış vərəqi"ni bu linkdən https://eservices.tqdk.gov.az/erizetex/qabiliyyetbv/?frm=egov) çap edib götürə bilərlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri ilə "Abituriyent" jurnalının 3-cü sayında ətraflı məlumat verilmişdir.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 3437 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__19103909 (Əlavə edilib: 18.07.2016 19:20:26)
salam men zerdab sakini rasulova sukriyye.Men 15 iyul 2016 il qebul imtahaninda 200 bal e xarici dilinden ise 5 bal 1 qrupdan imtahan verdim men ixtisas sece bilerem xais sualimi cavablandirin evelceden tesekkurler

Öz şərhinizi yazın

Bağla
.....