?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Magistratura səviyyəsinə ixtisaslaşma seçimi başa çatdı

Magistratura səviyyəsinə ixtisaslaşma seçimi başa çatdı

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 23:59-da başa çatıb.
Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, 6401 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, yalnız 6336 nəfər ərizəsini təsdiq edib. Onlardan 5734 nəfəri Azərbaycan, 602 nəfəri isə rus bölməsi bakalavrlarıdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrların siyahısı TQDK-ya təqdim olunduqdan sonra ümumi müsabiqə aparılacaq və nəticələr elan olunacaq. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
Qeyd edək ki, "ADA" Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrlar ümumi müsabiqədə iştirak etmək hüququnu itirirlər.
Xatırladırıq ki, müsabiqəyə yalnız "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaqlar.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 848 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__18988131 - 13.07.2016
Bakalavr təhsili olmayan magistratura təh s ili ala bilməməsi düzgün deyil, şəxsən m ən davam etmək istərdim

Öz şərhinizi yazın

Bağla
.....