?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

158 saylı məktəbdə olan summativ və imhahan probleminin səbəbi nədir?

158 saylı məktəbdə olan summativ və imhahan probleminin səbəbi nədir?

Milli.Az-a məktubla müraciət edən valideynlərdən biri qeyd edib ki, o, övladının təhsil aldığı məktəbdə summativ testlərin əvəzinə biletli imtahan keçiriləcəyindən narahat olub: "Mənim qızım 158 nömrəli məktəbdə, 8-ci sinifdə oxuyur. Hər məktəbdə olduğu kimi bu məktəbdə də summativ deyilən test olurdu. Lakin bir neçə gün bundan əvvəldən təzə bir şey çıxarıblar. Summativ əvəzinə bilet ilə imtahan olacaq. Yəni uşaqlara hazılaşmağa hər fəndən 30 sual olan vərəqlər veriblər. Təsəvvür edin, fənlərdən 30 sualı öyrənmək lazmdır və bu 30 sualdan cəmi 3 sual düşəcək. Lakin hansı sual düşəcəyi bilinmədiyinə görə bütün sualların cavabını öyrənməlisən. İmtahan da bu ayda, yəni mayda olacaq və artq ay da qurtarmaq üzrədir. Bu bir neçə gün ərzində uşaqlar bu sualları necə öyrənsin? Əvvəlcədən də deməyiblər. Sonra da uşaq 2 alanda sinifdə qalır. Sizdən bir valideyn kimi xahiş edirəm ki, bu məsələni araşdırın və imtahan vaxtı gəlməmiş bu məsələyə son qoyulsun və əvvəlki kimi summativ olsun".

158 saylı məktəbdə olan summativ və imhahan probleminin səbəbi nədir?

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq 158 saylı məktəbin direktoru Mehriban Ələkbərova bildirib ki, bu, sadəcə, summativ yoxlamalara hazırlıq xarakteri daşıyır, ona görə də şagirdlərin və valideynlərin narahatlığına səbəb olacaq heç nə yoxdur:

158 saylı məktəbdə olan summativ və imhahan probleminin səbəbi nədir?

"Bizdə 1-dən və 8-ci siniflərə qədər kiçik summativlər hər ay, böyük summativlər isə ildə iki dəfə yazılır və bu qayda dəyişdirilə bilməz. Mən bu məsələni araşdırdım. Müəllimlər, sadəcə, iyun ayının ortalarında uşaqlarının diqqətinin yayınmaması üçün monitorinq məsqsədilə "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə suallar veriblər ki, onlar hazırlaşsınlar. Bunu da valideynlərin bəziləri müsbət qarşılayıb, razı qalıblar ki, uşaqlar daha yaxşı hazırlaşacaqlar. Lakin mahiyyətini dəqiq anlamadığından bu, bəzi valideynlərin xoşuna gəlməyib. Amma bununla bağlı narahatlığa heç bir əsas yoxdur. Əgər kimsə narahatdırsa, buyurub gəlib birbaşa maraqlana bilər. Bunun qiymətlərə də birbaşa heç bir aidiyyəti yoxdur. Çünki qiymət yalnız kiçik və böyük summativlərin əsasında yazılacaq. Bu, sadəcə, uşaqların iyunun 14-dək davamiyyətinin yaxşı olması, böyük summativə daha yaxşı və ciddi hazırlaşması məqsədilə edilir. Ona görə də valideynlər də narahat olmasınlar".
İlkin İzzət
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 4086 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....