Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Universitetlərin köçürülməsi ilə bağlı yeniliklər

Universitetlərin köçürülməsi ilə bağlı yeniliklər

Ali təhsil müəssisələrinin Bakıdan köçürülməsi ilə bağlı Dövlət Proqramı hazırlanır. 
Milli.Az bildirir ki, Təhsil Nazirliyindən lent.az-ın sorğusuna cavab olaraq deyilib ki, hazırda Nazirlik "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq,  "Ali təhsil müəssisələri üçün kampusların yaradılması ilə bağlı Dövlət Proqramı"nın hazırlanması üzərində çalışır.
 
Nazirlikdən bildirilib ki, köçürüləcək universitetlər və onların mülkiyyətləri ilə bağlı məsələlərə Dövlət Proqramının təsdiqi və prioritetlərin müəyyən edilməsi zamanı baxılması nəzərdə tutulur.
 
Qeyd edək ki,  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulub. 
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1901 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....