?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

TQDK iyun ayında buraxılış imtahanları keçirəcəkdir

TQDK iyun ayında buraxılış imtahanları keçirəcəkdir - 1
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli
fərmanı ilə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilmişdir.

TQDK tərəfindən 2012-ci ildə 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının aşağıdakı qrafik üzrə keçirilməsi nəzərdə tutulur:
Bakı şəhərində:
- 02.06.2012 - ci il, saat 11:00-da 11-ci siniflər üçün.
- 03.06.2012- ci il, saat 11.00-da 9- cu siniflər üçün.
Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda:
- 08.06.2012-ci il, saat 10:00-da 11- ci siniflər, 15:00 da 9- cu siniflər.
Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda:
- 13.06.2012 - ci il, saat 10:00-da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər.
Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab, və Beyləqanda:
- 18.06.2012- ci il, saat 10:00-da 11-ci siniflər, 15:00-da 9-cu siniflər.
Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda keçiriləcəkdir:
- 29.06.2012 - ci il, saat 10:00-da 11-ci siniflər, 15:00-da 9 – cu siniflər
Şəki, Zaqatala, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda
- 04.07.2012 ci il, saat 11:00 da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər.

Qeyd 1: Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhəri məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verirlər.
Qeyd 2: İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.

Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri tədim edəcəklər:

9-cu siniflər:
1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir)
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə)
3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

11-ci siniflər:
1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir )
2. şəxsiyyəti təsdiq edən sənədin əslini
a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

Mənbə: http://tqdk.gov.az

Dostlarınızla paylaşın!

Bu səhifə 4599 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__18521312 - 19.06.2016
men hardan oyrene bilerem
Qonaq__17092804 - 24.05.2016
imtahan cavablarin men nece gore bilerem ne yazim gelsin
Qonaq__11475889 - 19.06.2015
nəticəni necə öyrənmək olar?
Qonaq__11428874 - 17.06.2015
naxcivan
Qonaq__11363801 - 14.06.2015
berbadd pis
Qonaq__11343426 - 13.06.2015
quba seri
Qonaq__11324229 - 13.06.2015
11 ci sinif buraxiliş imtahanin cavablari ne vaxt cixacaq?
Qonaq__11323086 - 12.06.2015
hec men de bilmirem
Qonaq__11132970 - 02.06.2015
9 cu sinif buraxilis imtahanin cavablari ne vaxt cixacaq?

Öz şərhinizi yazın

Bağla
.....