Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı niyə azalır?

Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı niyə azalır?

Bir dövlətin gələcək  inkişafında onun təhsili əsas rol oynayır. Bir neçə il öncə istənilən ali məktəbdə kifayət qədər əcnəbi tələbələri görmək mümkin idi. Amma nədənsə geridə qoyduğumuz bir ilə bunu şamil edə bilmirik. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri var. Bir tərəfdən dünyada baş verən siyasi proseslər, digər tərəfdən də ölkəmizin təhsil sahəsində mövcud olan boşluqlar. Təqdim edəcəyimiz sujetdə də məhs bu iki amilin ortaya qoyduğu nəticədən danışacağıq. Elə əcnəbi tələbələrin öz dilindən.  

Son illər ölkəmizdə elə bir ali təhsil ocağı tapılmaz ki, orada xaricdən gələn əcnəbi tələbələr təhsil almasın. Hər kəsi də burada bir məqsəd, bir amal birləşdirir: elm, təhsil... Ölkəmizin ali təhsil müəssisələrində 60 xarici ölkədən 3 932 əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edir.

Milli.Az atv.az-a istinadən bildirir ki, ekspertlər hesab edir ki, ötən illərlə müqayisədə 2015-2016 tədris ilində ölkəmizə təhsil almaq üçün üz tutan tələbələrin sayında nisbətən azalma müşahidə edilir. Hazırda dünyada gedən siyasi proseslər bu sahəyə də ciddi təsir göstərir. Əcnəbi tələbələr təhsil almaq üçün hər hansı bir ölkəni seçərkən, ilk növbədə, həmin ölkə haqqında məlumat toplayır. Bu məlumatların başında, təbii ki, həmin ölkənin sabitliyi, xüsusilə də həmin regionda hər hansı iğtişaşların olub-olmaması dayanır. Təbii ki, bütün bu məlumatları tələbə adı almaq istəyənlər internet vasitəsi ilə əldə etmiş olurlar. Elə okeanın o tayından ölkəmizə təhsil dalınca gələn perulu tələbə Xorxe Andersonu da, ilk növbədə, maraqlandıran, Azərbaycanda siyasi sabitliyin olması olub. Çünki  internet üzərində Azərbaycan haqqında məlumat əldə etmək istədikdə o, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında yazılanlarla qarşılaşıb.

Xorxe Anderson deyir ki, bir çox dostları kimi o da Şərq ölkələrində gedən müharibələr səbəbindən, bu regionu seçərkən bir qədər tərəddüd edib. Çünki müsəlman ölkələri xristian, xüsusilə də qərb düşüncəsində terorrun mərkəzi hesab edilir.

Ekspertlər hesab edir ki, Xorxe Anderson kimi əcnəbilərdə ölkəmiz haqqında müsbət fikir formalaşdırmaq üçün, ilk növbədə, internet resurslarında olan məlumatları təkmilləşdirmək vacibdir. Çünki Azərbaycan haqqında məlumat almaq istəyən hər bir şəxsin ilk addımı internetdən bu ölkə haqqında məlumatlar toplamaq olur. Hər hansı yalnış məlumat burada təhsil almaq istəyən əcnəbilərin fikrinin dəyişməsinə gətirib çıxarar.

Eyni zamanda, bu günə kimi bir sıra ali məktəblərin adlarının rüşvət qalmaqalında hallanmasının, xüsusilə də sosial şəbəkələrdə onlar haqqında tələbələrin neqativ informasiyalar verməsi ölkəyə gələcək əcnəbi tələbələrin fikirlərindən daşınmasında başlıca rol oynayır.

Bütün bu sadalananların nəticəsi olaraq deyə bilərik ki, ölkəmizə gələn hər bir əcnəbi tələbə, əslində, insan kapitalı, dolayısı ilə büdcəyə gəlir deməkdir. Bu gəliri isə artırıb azaltmaq elə ali məktəblərin öz əlindədir. Keyfiyyətli iş sonda keyfiyyətli nəticə deməkdir...

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 597 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....