Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İlk sınaq nə vaxt və harada keçiriləcək?

İlk sınaq nə vaxt və harada keçiriləcək?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 3-də 30 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

Bu barədə TQDK-dan bildirilib. 

Məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba,  eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında, ümumilikdə 61 binada təşkil olunacaq. 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48123 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar. 

Mənbə: http://www.faktxeber.com

Dostlarınızla paylaşın!

Bu səhifə 729 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17175852 (Əlavə edilib: 30.03.2016 20:30:43)
Bu il ki imtahan vaxdlari hacandi orta tehsilden verilen sened
.

Öz şərhinizi yazın

Bağla
.....