Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il mayın 13-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, ŞəkiQuba şəhərlərində imtahan keçirəcəkdir.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 8-dan etibarən TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.

Abituriyentlər imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
- 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı.

İmtahanda iştirakı nəzərdə tutulan 9443 abituriyentdən 4038 nəfəri oğlan, 5405 nəfəri qızdır. 6788 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır.
Bakı şəhərində 6492 , Naxçıvanda 34 , Gəncədə 1411, Sumqayıtda 565, Şəkidə 316, Lənkəranda 208, Qubada 417 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulmuşdur.
İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunacaqdır.
İmtahan bütün şəhərlərdə eyni vaxtda- saat 14:00-da başlanır.
 Mayın 13- keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 4 may 2012-ci il saat 17:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.
“Elektron ərizə”lərini SQK-da 4 may 2012-ci il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2012-ci il iyunun 24-da keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
 İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.
Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
 Mayın 13-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2012-ci il iyunun 24-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Mənbə: http://tqdk.gov.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1547 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....