Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Direktorların işə qəbulunda yeni qaydalar hansılardır?

Direktorların işə qəbulunda yeni qaydalar hansılardır?

Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu və iş yerinin dəyişdirilməsi yeni qaydalarla həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib.

Şöbə müdiri bildirib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. 4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq.

İ.Nağıyev deyib ki, yeni qaydalara əsasən, məktəb direktoru olmaq istəyənlər üçün rayon təhsil şöbəsinin təqdimatının olması tələb edilməyəcək. Bundan sonra bütün ölkə üzrə namizədlər özləri müstəqil olaraq müsabiqədə iştirak üçün müraciət edə biləcəklər.

İ.Nağıyev deyib ki, yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər.

Əlavə olaraq, "Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları"nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı" əldə etmiş şəxslər birbaşa müsabiqənin dördüncü mərhələsinə (müsahibə) keçirlər.

Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim edilmiş mövzu üzrə esse yazmaq tələb olunur.

Əvvələr müsabiqə zamanı esselərin olunmadığını deyən İ.Nağıyev deyib ki, hazırda orta məktəblərdə 500-ə yaxın vakant direktor yeri var. Həmin vakansiyalar sabah TN tərəfindən elan ediləcək. Vakant yerlər rayonlarda, xüsusilə Sabirabad və Goranboyda daha çox, şəhərlərdə, xüsusilə Sumqayıt və Gəncədə azdır.

Nazirlik rəsmisi qeyd edib ki, aprel ayının əvvəllərində isə sənəd qəbuluna başlamaq nəzərdə tutulur.

Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1534 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17109145 (Əlavə edilib: 26.03.2016 00:41:36)
İmtahan sualları,esse haqüında məlumat vererdiniz,mümkünse
Müəllif:Qonaq__16155127 (Əlavə edilib: 21.03.2016 13:13:25)
mende isdirak etmey isdirem
Müəllif:Qonaq__17007566 (Əlavə edilib: 20.03.2016 13:29:34)
Men de istirak etmek isterdim.Evvelce ne etmek lazimdir..? Birinci addim olaraq, sonra ne etmek lazimdir? Cox xahis edirem , aydin ardicil olaraq melumat almaq isterdim, mumkunse..

Öz şərhinizi yazın

Bağla
.....