Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Orta ixtisas təhsillilər I-IX siniflərdə dərs deyə bilərmi?

Orta ixtisas təhsillilər I-IX siniflərdə dərs deyə bilərmi?

2015-2016-cı tədris ilinin əvvəlinə ümumi təhsil müəssisələrində orta ixtisas təhsilli müəllimlərin sayı 32,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, onlardan 11,1%-i bədən tərbiyəsi, 8,9%-i ingilis dili, 7,8%-i əmək tədrisi, 4,8%-i musiqi və nəğmə, 4,1%-i isə təsviri incəsənət, rəsmxət üzrə müəllimlər təşkil edib.  

Təhsil Nazirliyindən isə Lent.az-a bildirilib ki, orta ixtisas təhsil müəssisələrində təhsil ixtisaslar qrupuna  fiziki tərbiyə müəllimliyi, texnologiya müəllimliyi, peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi daxildir. 

Eyni zamanda o da vurğulanıb ki, orta ixtisas təhsilli şəxslərin də müəllim kimi işə qəbulu Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az və www.miq.edu.az) vakant yerlər barədə verilmiş elan əsasında mərkəzləşmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.  İxtisasından asılı olmayaraq, həmin şəxslər X və XI  sinif istisna olmaqla digər siniflərdə dərs deyə bilərlər.

Dostlarınızla paylaşın!

Bu səhifə 3301 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15680520 (Əlavə edilib: 01.04.2016 09:44:39)
orta ixtisasli qeyri ixtisas muellimleri nece? meselen maliyye krediti kitabxanani qurtaran onlari niye ixtisaslarla beraber tuturlar?
Müəllif:Qonaq__17054908 (Əlavə edilib: 22.03.2016 09:15:38)
numunevi aciq dersleri online paylashsaq mohteshem olmazmi. Her muellim oz shexsi ideya ve fikirlerini bildirer ve neticede Azerbaycanda tehsil sistemine her muellim oz tohfesini vermish olar. Bu hem de butun azerbaycanda tehsilin inkishafina komek olar.
Müəllif:Qonaq__15552845 (Əlavə edilib: 19.03.2016 01:44:32)
Salam eger X-Xi ci siniflere kecen muellim yoxdusa onada icaze yoxdu

Öz şərhinizi yazın

Bağla
.....